» » İsmayıllı sakinindən silah götürülüb

İsmayıllı sakinindən silah götürülüb

İsmayıllı sakinindən silah götürülüb

İsmayıllı sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Qalınçaq kənd sakini C.Əhmədovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib.
Müəllif: Anar | 22-02-2021, 13:35
Oxunub: 8
    
Reklam