» » Mətbuat nümayəndələri ilə görüş keçirildi

Mətbuat nümayəndələri ilə görüş keçirildi

Mətbuat nümayəndələri ilə görüş keçirildi

Göyçay rayon İcra Hakimiyyətinin başçısı rayonda fəaliyyət göstərən qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirmişdir.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olmuş, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən rayon rəhbərliyi vurğulamışdır ki, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqları azad etmək hər bir azərbaycanlının ən vacib arzusu olduğunu və bu arzunu həyata keçirən rəşadətli azərbaycan ordusu sıralarında göyçaylı hərbçilərin vətənpərvərlik göstərmələrinin və şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq mətbuatda işıqlandırılması, həmçinin rayon ərazisində son illər istifadəyə verilmiş, əsaslı yenidən qurulmuş və təmir edilmiş obyektlər, aparılmış abadlıq və quruculuq işləri haqqında ictimaiyyəti üçün ətraflı məlumatlandırılmasının vacibliyini qeyd etdi.

Həmçinin qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkədə olduğu kimi Göyçay rayonunda da koronavirus pandemiyasına qarşı vaksinləşmə prosesi uğurla davam etdirilir.
Rayonda Vətən müharibəsində iştirak etmiş, şəhid olmuş vətənimizin qəhrəman, igid övladlarının xatirəsinin əziz tutulması, yaralılara hərtərəfli köməkliklərin edilməsi mütəmadi olaraq davam etdirilir.

Görüşdə çıxış edən mətbuat nümayəndələri Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmış və mətbuat nümayəndələrinə göstərilən diqqətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Mətbuat nümayəndələri ilə görüş keçirildi
Müəllif: Anar | 17-02-2021, 18:22
Oxunub: 27
    
Reklam