» » İsmayıllıda növbəti dəfə qazilərlə görüş keçirildi

İsmayıllıda növbəti dəfə qazilərlə görüş keçirildi

İsmayıllıda növbəti dəfə qazilərlə görüş keçirildi
İsmayıllıda növbəti dəfə qazilərlə görüş keçirildi
İsmayıllıda növbəti dəfə qazilərlə görüş keçirildi

İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırovun və Milli Məclisin deputatı Novruzəli Aslanovun təşəbbüsü ilə keçirilən görüşlərdə tarixi qələbənin qəhrəmanlıq salnaməsinə öz adlarını əbədi yazdıran qazilər yaşadıqları evlərdə ziyarət ediliblər.

Görüşdə vurğulanıb ki, 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək hər bir azərbaycanlının ən böyük arzusu idi. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu arzunu 44 gündə reallaşdırdı.

Həmçinin şəhidlərimizə, qazilərimizə, müharibə iştirakçılarına göstərilən dövlət qayğısından danışılıb, şəhər, rayon icra hakimiyyəti başçılarının aparatında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının onlara göstərilən diqqətin daha bir nümunəsi olduğu bildirilib.

Göruşlərdə qazilərin qayğıları ilə maraqlanılıb. Qazilər Qaraqaya kəndindən Nemət Həbibli, Zərnavadan Şahin Həlimov, Anar Veysəlli, Namazgahdan Rəşad Atayev onlara göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Müəllif: Anar | 12-02-2021, 14:10
Oxunub: 35
    
Reklam