» » Möhtəşəm atəşfəşanlıq olub

Möhtəşəm atəşfəşanlıq olub

Möhtəşəm atəşfəşanlıq olub

“Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyə sayımın başlanması münasibətilə iyunun 11-də Dənizkənarı Milli Parkda möhtəşəm tədbir keçirilmişdir.

Shirvantv.info AzərTAc-a istinadən xəbər verir ki, tədbir çərçivəsində xüsusi su şousu, lazer effekti və konsert proqramı olmuşdur.

Sonda atəşfəşanlıq təşkil edilmişdir.

Şou proqram və atəşfəşanlıq paytaxt sakinlərində və qonaqlarda xoş ovqat yaratmışdır.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. Bu oyunlar 19 idman növünü əhatə edəcəkdir. Bunlardan 16-sı Olimpiya idman növü, üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı mindən artıq idmançının mübarizə aparacağı “Bakı-2015”də səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaqdır.
Müəllif: Müxbir | 13-06-2014, 00:17
Oxunub: 612
    
Reklam