» » İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov

İlkin mərhələdə qan testi koronavirusun dəqiq analizi deyil - Akif Qurbanov

Biz qan testi vasitəsilə yalnız koronavirus xəstəliyini keçirib-keçirmədiyimiz barədə məlumat ala bilərik.

Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, seroloji test yoluxmadan 1 həftə sonra müsbət olmağa başlayır. Kimsə xəstəlik yeni başlandıqda qan analizi verərsə, onda COVİD-19-a qarşı anticisimlər aşkarlanmayacaq:

“Bu, səhv nəticə olacaq. Seroloji testin analizi xəstəlik başlayandan bir həftə sonra müsbət olmağa başlayır. Xəstəliyin dəqiq analizini yaxma nümunəsindən PSR üsulu ilə aparılan müayinə nəticəsində əldə etmək olar”.
Müəllif: Anar | 13-01-2021, 09:45
Oxunub: 21
    
Reklam