» » “Azadlığın ad gününə” baxanda...

“Azadlığın ad gününə” baxanda...

“Azadlığın ad gününə” baxanda...
“Azadlığın ad gününə” baxanda...

24 dekabr 2020-ci il Azərbaycanın prezdenti, Ali Baş komandan, Xalq qəhrəmanı İlham Heydər oğlu Əliyevin döğum günüdür. Bu günün şərəfinə “RealTV” Real təhlil mərkəzində, mətbuat və telekanal aləmində tanınmış qətiyyətli, mübariz, şəxsən mənim 1968 cı ildən mətbuat sahəsində çalışan 1996 cı ildən “Şirvanın səsi” qəzetinin təsisçisi və baş redaktoru, Şirvanın ağsaqqal jurnalisti qibtə etdiyim ziyalı, vətənpərvər, cəsarətli, qürürlü əsil jurnalist, 2- ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif, şəxsiyyət, telejurnalist 19994 cü ildən yazan, danışan Mirşahin Ağayevin Xalqın kanalında “Azadlığın ad günü” adlı sənədli filimə baxanda sonra qəlimdən keçən bu sözləri qələmə almağa özümə borc bildim.
Bilsinlər ki, tele məkanda sən bayraqdar olmusan,
Sözünlə, həm özünlə hər vaxt öndə durmusan.
Azadlığın ad günün sən qələmə almısan,
Qeyrətli, bacarıqlı, ziyalısan Mirşahin.
Sən doğulduğun yerdə, Yardımlıda olmuşam,
Ordakı insanlara baxıb heyran qalmışam.
Gözəl təbiətinə mən qəlbən bağlanmışam,
Alim, şair, sənətkar məkanlısan Mirşahin.
Sən həyat aləmində yetişmisən, bilşmisən,
Hər yerdə sən, hər zaman düz sözünü demisən,
Çox üzlərlə üzləşib, mübarizə görmüsən,
Mübarizsən, döyüşkən, cəsarətli Mirşahin.
Görmüşəm ki, sən meydanda olmusan,
Dəyişmədən həmişə haqq yolunda durmusan,
İradənlə sən özünə möhkəm qala qurmusan,
Dəyanətli, çox mətin, sözü bütöv Mirşahin.
Ulu öndər Heydərlə səfərlərdə mən səni,
Öndər oğlu İlhamı, müsahibin görmüşəm,
Sən Allah vegisisən mən hər yerdə demişəm,
Haqq, ədalət yolçusu, millətsevər Mirşahin.
Real-Tv yə baxdım “Azadlığın ad günü”,
Çox möhtəşəm görsətdin rəhbərimin ömrünü,
44 günlük döyüşün hər anını, gününü,
Sən həyat aləmində çox realsan Mirşahin.
Zirvəsi qarlı dağsan, sıldırım qayasan,
Məddahlardan, yalandan sən həmişə uzaqsan,
Bu həyat çox dəyişdi, sən ki, bütöv qalmısan,
Mətanətli, qeyrətli, ləyaqətli Mirşahin.
“Azadlığn ad günü” bir uca zirvə oldu,
O günkü tele-dastan bütöv qəlbimə doldu,
Sənin getdiyin bu yol cəngavərlər yoludur,
Yazmısan sən tarixə öz adını Mirşahin.
Mübadiləsiz qəbul et bu yazımı Mirşahin!
Əlişah Allahverdi oğlu Nağıyev, 1968 cı ildən qələm sahibi, 5 kitab müəllifi, “Şirvanın səsi” qəzetinin, http://shirvaninsesi.info.az/ saytının təsisçi və baş redaktoru, heç bir dövlət mükafatı almayan yazıçı, jurnalist, şair.
Müəllif: Anar | 30-12-2020, 19:07
Oxunub: 178
    
Reklam