» » İki məşhur qadın eyni kişini sevirmiş

İki məşhur qadın eyni kişini sevirmiş

İki məşhur qadın eyni kişini sevirmiş

İngiltərənin "Daily Mail" qəzeti tennis dünyasının məşhur adları Maria Şarapova və Serena Uilyamsın eyni adama aşiq olduğunu yazıb.

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, qəzetdə Londonda keçirilən "Uimbldon" tennis yarışmasında qarşı-qarşıya gələn idmançı qadınların bolqar raket ustası Qriqor Dimitrovu sevdikləri yazılıb.

2012-ci ilən bu günə kimi 28 yaşlı Şarapova ilə sevgi yaşayan Dimitrovun daha əvvəl Serena ilə münasibətlərinin olduğu meydana çıxıb. Hətta Qriqor 34 yaşlı Uilyamsdan ayrıldıqdan sonra qadının depresiyaya girdiyi də söylənilir. O, ətrafindakı insanlara "çox kövrək insanam. Bu münasibətə hər şeyimi vermişdim, ona görə qəlbim qırılıb" deyib.

Şarapova və Uilyams turnirdə üz-üzə gəlməsi bu söhbətləri yenidən gündəmə gətirib. İngilis mediası S.Uilyamsın 24 yaşlı Qriqoru hələ də unutmadığını yazır. Şarapova isə "Uilyamsla oynamaqdan qürur duyuram. O, tennisin ən yaxşısıdır..." deyə aralarında problem olmadığını bildirib.
Müəllif: jurnalist | 11-07-2015, 13:03
Oxunub: 575
    
Reklam