» » Bakını su ilə təmin edən magistral kəmərdə QƏZA

Bakını su ilə təmin edən magistral kəmərdə QƏZA

Bakını su ilə təmin edən magistral kəmərdə QƏZA

Səbail, Yasamal, Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb.
“Azərsu” ASC-nin mətbuat xidmtindən Lent.az-a verilən məlumata görə, suyun verilməsində fasilələrin yaranması Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədardır. Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Müəllif: jurnalist | 11-07-2015, 12:39
Oxunub: 539
    
Reklam