» » Romada Azərbaycan haqqında yazı müsabiqəsi keçirilib

Romada Azərbaycan haqqında yazı müsabiqəsi keçirilib

Romada Azərbaycan haqqında yazı müsabiqəsi keçirilib

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanın “Epoke” təşkilatı tərəfindən həyata keçirilən layihə çərçivəsində tələbələr arasında elan olunan məqalə müsabiqəsinin nəticələri ilə bağlı Romada yekun tədbir keçirilib.

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, İtaliyanın Venesiya və Kataniya Universitetlərinin professor-müəllim heyəti, İtaliya-Azərbaycan cəmiyyətinin rəhbəri xanım Paola Kasaqrande, Roma şəhər meriyasının turizm və beynəlxalq əlaqələr sektoru üzrə məsul şəxsləri cənab Paolo Gintarelli və xanım Simonetta Dominiçi, İtaliya Coğrafiya Cəmiyyətinin nümayəndələri, ümumilikdə 100-ə yaxın şəxs iştirak edib. Çıxışçılar Azərbaycan-İtaliya münasibətlərinə toxunaraq iki dövlət arasında əlaqələrinin uğurlu inkişafından və əməkdaşlığın perspektivlərindən bəhs ediblər. Roma şəhər adminstrasiyasının rəsmiləri qeyd ediblər ki, bu cür tədbirlərin keçirilməsi İtaliya-Azərbaycan əlaqələrinin inkişafına müsbət töhfələr verir.
“Epoke” təşkilatının rəhbəri cənab Karlo Frappi iştirakçılara layihə çərçivəsində Azərbaycan haqqında elan edilən yazı müsabiqəsi barədə ətraflı məlumat verib. İtaliyanın 10 məşhur universitetinin tələbələri arasında təşkil olunan müsabiqə gənclər tərəfindən maraqla qarşılanıb. Müsabiqəyə təqdim olan yazılardan 3-nün müəllifi mükafata layiq görülüb. Qaliblər belə bir müsabiqənin keçirilməsini dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, adıçəkilən toplantı ilə bağlı İtaliyanın “L’Opinione” informasiya portalında məlumat yerləşdirilib.
Müəllif: jurnalist | 10-07-2015, 18:46
Oxunub: 563
    
Reklam