» » Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı

Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı

Azərbaycanda koronavirusdan ölüm faizi açıqlandı

Bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə qədər koronavirus xəstəsi qəbul olunub.

Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

Dünya statistikasından misal gətirən F.Sədirov bildirib ki, fevral-aprel ayrlarında Almaniyada xəstəxanadaxili ölüm faizi 22 faiz olaraq göstərilib. Onun sözlərinə görə, Mərkəzi Neftçilər Xəstəxanasında xəstəxanadaxili ölüm faizi 12 faizdir.

F.Sədirovun sözlərinə görə, Azərbaycanda koronavirus xəstələrinin ölüm faizi 1.5-1.6 faiz arasında dəyişir, digər ölkələrdə bu rəqəm 10-faizdən yuxarıdır:

“Bu gün dünya nəyi tətbiq edirsə biz də onu tətbiq edirik, nəyi bilirsə biz də onu bilirik. Bizim ölüm faizimiz dünyada olandan çox aşağıdır”.
Müəllif: Anar | 22-08-2020, 06:09
Oxunub: 242
    
Reklam