» » Rayon rəhbəri karantin rejimində keçirilən yas mərasimini dayandırdı

Rayon rəhbəri karantin rejimində keçirilən yas mərasimini dayandırdı

Rayon rəhbəri karantin rejimində keçirilən yas mərasimini dayandırdı

Göyçay Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

21 avqust 2020 ci il tarixində Göyçay şəhər Məmməd əmin Rəsulzadə küçəsində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.

Rayon icra hakimiyyəti başçısı və Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai nəzarət komissiyası və polis əməkdaşları dərhal həmin əraziyə gələrək yas mərasimini dayandırıblar.

Mərasimi təşkil edən Fizuli Hüseynov və yas mərasimində iştirak edən şəxslər barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb. Rayon rəhbəri sakinlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Operativ Qərərgahın karantin rejiminə, qayda-qanunlarına, verilən tapşırıq və tövsiyələrə əməl olunmasının vacibliyini diqqətə çatdırdı. Son günlər karantin rejiminin yumuşalmasından sui istifadə olunmamasını xatırladaraq, tibbi maskazıs, məsafə saxlamadan toplaşmaq qaydalarına hamılıqla əməl olunmasına, qoyulan tələblərə əməl olunmasını bildirdi.
Sonda yas mərasimi təşkil edən Fizuli Hüseynov karantin qaydalarını pozmasına peşmanlığını bildirərək, belə bir hadisənin olmayacağını qeyd etdi.
Rayon rəhbəri karantin rejimində keçirilən yas mərasimini dayandırdı
Rayon rəhbəri karantin rejimində keçirilən yas mərasimini dayandırdı
Müəllif: Anar | 21-08-2020, 14:38
Oxunub: 46
    
Reklam