» » Gələn il daha 7 “ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulur

Gələn il daha 7 “ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulur

Gələn il daha 7 “ASAN xidmət” mərkəzinin açılması nəzərdə tutulur

“ASAN xidmət” mərkəzlərinin coğrafiyası ildən-ilə genişləndirilir. 2021-ci ilin sonunadək Azərbaycanda daha 7 “ASAN xidmət” mərkəzinin açılışı nəzərdə tutulur.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, bu mərkəzlərdən 2-si Bakı şəhərində inşa olunacaq. Hazırda paytaxtda 5 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2021-ci ilin sonunadək Sumqayıt, Gəncə, Salyan, Lənkəran və Naxçıvanda da “ASAN xidmət” mərkəzləri açılacaq. “Hazırda həmin mərkəzlərin tikintisi prosesi gedir və inşaat işləri gələn ilin sonunadək başa çatacaq”, - deyə şöbə müdiri bildirib.
Müəllif: Anar | 17-08-2020, 13:50
Oxunub: 33
    
Reklam