» » Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi

Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi

Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi

Bu gün Milli Məclisin deputatı Fazil Mustafa keçmiş həmkarı Elxan Süleymanovun müdafiəsinə qalxıb. Axar.az saytına müsahibə verən deputat (https://axar.az/news/toplum/490222.html) “F.Mustafa bildirib ki, qanunsuz əməllərini davam etdirən rayonlardan biri də Göyçaydır”
“Dünən həmkarım Siyavuş Novruzov bildirdi ki, icra başçılarının səlahiyyətləri azdır, süpürgəçilərdən başqa heç kimə səlahiyyəti çatmır. Amma onu da unutmayaq ki, rayon icra hakimiyyətləri bir çox hallarda bələdiyyələri irəli verib öz qanunsuz işlərini həyata keçirirlər. Bəlkə elə ona görə onlara daha geniş səlahiyyət verilərsə, qanunları daha çox pozarlar. Onların səlahiyyətlərinin az olması bəlkə də işin xeyrinədir”.

Göyçay rayon icra hakimiyyətindən məsələylə əlaqədra olaraq mövqey bildirmələrini xahiş etdik. RİH- dən sözü gedən ərazidə yaşayan sakinlər adından Milli Məclisin deputatı Fazil Mustafaya bildirmək istəyirik ki, Şamaxı rayonunun deputatı olmuş Elxan Süleymanov tərəfindən Göyçay şəhər ərazisindən keçən rayonun əsas çayı Göyçaydır (Kürün sol qolu) uzunluğu 113 km, hövzəsinin sahəsi 1770 km²-olan çayın mühafizə zolağında 5 ha ərazini qeyri qanuni olaraq zəbt edib. Ərazidə 50 yə yaxın ev, 300 dən çox sakin yaşayır. Sakinlərlə Göyçay çayı arasında keçmiş deputata məxsus evlər və bağlar salınıb. Göyçay şəhərinin baş planına əsasən ərazidə sakinlərin çoxsaylı müraciətləri və təbiətin əlverişli mövqeyini nəzərə alınaraq çayın mühafizə zolağında çay boyu park nəzərədə tutullub.
Bu gün Axar.az saytına müsahibə verən Milli Məclisinin VI çağırış deputat olraq 6 saylı Culfa-Babək seçki dairəsindən seçilərək, Parlamentin İnsan Hüquqları Komitəsinin və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olan Fazil Mustafa şəhər sakinlərinin müraciətlərini kənara qoyaraq öz keçmiş deputat həmkarının sözünü deməklə qeyri-qanuni zəbt olunmuş ərazidə "oliqarx" Elxan Süleymanovu müdafiə edir. Qeyd edək ki, bu yaxınlarda zəbt olunmuş əraziyə görə Göyçay rayon İcra Hakimiyyəti Məhkəməyə müraciət etmişdir. Sahibkar Elxan Süleymanova dəfələrlə zəbt olunmuş ərazini boşatmaq xahiş olunsada keçmiş deputat edilən müraciətlərə məhəl qoymamışdır.
Sakinlərin müraciətini, özbaşına qeyri-qanuni zəbt olunmuş ərazi, şəhərin baş planına uyğun olmadığı rəhbər tutaraq 6 avqust 2020 ci il tarixindən 5 ha ərazi qarşı tərəfin nümayəndəsi olmaq şərti ilə boşaldılmasına sərəncam verilib. Bu gün 7 avqust 2020 ci il tarixində Milli Məclisin deputatı Fazil Mustafanın Axar.az saytına bu barədə müdafiəçi qismində qeyr-qanuni zəbt olunmuş ərazinin gündəmə gətirməsi Göyçay şəhər sakinlərini hidətləndirib. Bu gün onlarla sakin RİH-nə bu müsahibə ilə bağlı müraciətlər ediblər. Bizdə öz növbəmizdə Göyçay rayon icra hakimiyyətinin və şəhər sakinlərinin mövqeyini Axar.az saytının rəhbərliyinə bildirdiririk.

Son illər gündəmdə olan eks deputat barədə yazılanları diqqətinizə çatdırırıq.
Şamaxı rayonunun keçmiş deputatı Elxan Süleymanov. Elxan Süleymanov bir neçə illər bundan əvvəl Göyçay çayının mühafizə zolağı olan 5.0 hektar torpaq sahəsini zəbt edib. Çayın düz ortasında 6 möhtəşəm villa inşa etdirib. Hətta həmin villaları elə inşa ediblər ki Göyçay çayı həyatyanı sahəyə düşüb. "Göyçay çayının uzunluğu 110 km dən çoxdur. Qanuna əsasən, uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metr olmalıdır. Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib. Həmin villaların 5 hektar həyatyanı torpaq sahəsi var. Həmin villalar yerləşən ərazidə Göyçay çayının alternative piyada körpüsünwdə əhatəyə alıb. Keçmiş deputatın bu vilları inşa edilən zaman çayın hövzəsi daraldılıb ki, nəticədədə hamının bildiyi kimi fəlakət oldu. Göyçay körpüsü uçdu".


"İndi həmin villalar uçmasın deyə Elxan Süleymanov çayın məcrasını dəyişdirərək öz ərazisini qruyub.
Yaxınlıqda yerləşən 50 dən çox evlə çayın arasında meyvə bağı salıb. 300 dən çox sakin çaya getmək üçün 2 km mesafə qət etməlidirlər.
Elxan Süleymanovun belə villaları Azərbaycanın çox yerində var. Demək olar ki, o, bura ildə bir dəfə gəlir. Biz isə kasıb insanlarıq zəhmət hesabına qazandığımız qəpik-quruş pulla ailəmizi güclə dolandırırıq. Elxan Süleymanovun kasıb kütləyə aşağıdan yuxarı baxması onun harınlamağından xəbər verir.
Bu adam manapoliya yaratmaq üçün Göyçay rayonunda olan daş-çınqıl karxanalarının fəaliyyətini dayandırmağa nail olub 500 nəfər işçinin çörəyinə bais oldu. Bundan sonra özünə məxsus Qəbələ rayonunda yerləşən karxanasında qumun-çınqılın qiymətini 5 dəfə qaldırdı. Göyçayda körpü uçdu bunun təqsirini başqalarının üstünə yükləyə bildi. Ancaq problemin kökü bu deputatın qanunsuz inşa etdirdiyi 6 möhtəşəm villada axtarılmalıdır. Həmin villalar ki, onlar inşa edilən zaman Göyçay çayının hövzəsi daraldılıb. Buna isə ekspert və ya istintaq lazım deyil, adi gözlə baxanda aydın görmək olur. Eixan Süleymanovun inşa etdirdiyi 6 villası və qum-çınqıl karxanası biz Göyçaylılara qənim kəsilib.


Biz Göyçay rayon sakinləri isə müraciət edirik ki, Göyçaylıları gələcəkdə seldən, daşqından qurtarmaq üçün deputat Elxan Süleymanovun qanunsuz inşa etdirdiyi 6 villası sökülsün. Bundan sonra gələcəkdə baş verə biləcək təhlükənin qarşısı alınmış olacaq. Biz Göyçay rayon sakinləri möhtərəm prezident cənab İlham Əliyevdən xahiş edirik deputat Elxan Süleymanovun məlum niyyətinin qarşısının alınmasına tapşırıq verəsiniz, onun qanunsuz inşa etdirdiyi 6 villanın sökülməsinə və Göyçay çayının mühafizə zolağının boşaldılmasına göstəriş verəsiniz".

Xatırladaq ki, Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam
Sərəncama əsasən, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayrılıb.
Bu gün Göyçay çayı yenidən təmir-bərpa olunaraq, hövzəsi, bəndləri yenidən qurulub, çay üzərində körpülər salınıb, şəhər sakinklərinin rahat məsafə qətt etməsi üçün ərazidə olan məhlə daxili yollar asfatlanıb.
Sayt və yotube kanallarında gedən bəzi paylaşmaları diqqətinizə çatdırırıq.
http://rubrika.az/index.php?newsid=45614
http://www.dia.az/8/197405-elxan-suleymanov-goychay-chayinin-mecrasini-deyishdirir.html
https://milletinsesi.info/article/az/77110
https://translate.google.com/translate?hl=tr&sl=az&u=http://yenixeber.org/manset/55084-elxan-suleymanov-barede-sok-dda-6-villa-tikdi-korpunu-ucurdu-500-ailenin.html&prev=search&pto=aue
http://reaksiya.az/news/sosreaksiya/24650-elxan-suleymanov-kimdir
http://azpolitika.info/?p=425298
http://xeberdar.net/21404-goychayda-korpu-ashpa-daki-deputatin-villalarina-gore-uchubmush-shok-ittihamlar-foto.html
https://krposts.com/level/son-d-qiq-goycayda-aksiya/kp6OyZnB0pCIqKE
https://www.youtube.com/watch?v=_8Wg8_o_XGo
Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi
Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi
Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi
Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi
Millət vəkilinə qarşı Göyçaylılar müraciət etdi
Müəllif: Anar | 7-08-2020, 13:43
Oxunub: 105
    
Reklam