» » “Dağlıq Qarabağ münaqişəsi böyük regional təhlükədir”

“Dağlıq Qarabağ münaqişəsi böyük regional təhlükədir”

“Dağlıq Qarabağ münaqişəsi böyük regional təhlükədir”

“Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulub. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlət başçısı beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyinin bəlli olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etdiyini xatırladıb: “Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı – bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləyiblər. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir. Bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir”.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdır: “Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyalar işğal edilmiş torpaqlara iki dəfə səfər ediblər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıb. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb”.

“Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük problemlər yaradır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır” - deyə, dövlət başçısı əlavə edib.
Müəllif: Müxbir | 6-06-2014, 18:07
Oxunub: 609
    
Reklam