» » Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən aşağı düşdü

Azərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229-dur.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.
Müəllif: Anar | 1-08-2020, 13:07
Oxunub: 14
    
Reklam