» » Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı

Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı

Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaların sayı açıqlandı

“Bildirməliyəm ki, hazırda ölkəmizin 46 xəstəxanasında koronavirus xəstələri müalicə alır. Bu xəstəxanaların 41-i son 16 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. İndi təsəvvür edin, əgər biz vaxtilə bu işlərlə məşğul olmasaydıq, bu gün bizim imkanlarımız çox məhdud ola bilərdi”.

Bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.

“Bir neçə il bundan əvvəl Şəki şəhərində, bax, bu modul tipli xəstəxananın qarşısında təqribən 200 çarpayılıq böyük xəstəxana açılmışdır. Bu gün bizim bütün şəhərlərimizdə müasir xəstəxanalar fəaliyyət göstərir, yaxud da ki, yaxın bir il ərzində fəaliyyət göstərəcək. Biz səhiyyə sistemimizin infrastruktur bazasını yaratmışıq. Bu xəstəxanada reanimasiya şöbəsi də var, süni tənəffüs cihazları gətirilib. Bildiyiniz kimi, koronavirusla bağlı mübarizəni səmərəli aparmaq üçün çox böyük vəsait ayrılıb. Bu vəsait tibbi avadanlığın, dərmanların alınmasına, digər məsələlərə istiqamətləndirilir. Mən demişəm ki, nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq. Təki insanlar tezliklə sağalsınlar və biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək”, - deyə dövlət başçısı əlavə edib.
Müəllif: Anar | 30-07-2020, 18:00
Oxunub: 13
    
Reklam