» » UEFA Çempionlar Liqası ilə bağlı qərarını verdi

UEFA Çempionlar Liqası ilə bağlı qərarını verdi

UEFA Çempionlar Liqası ilə bağlı qərarını verdi

UEFA Çempionlar Liqasının qalan matçları ilə bağlı qərar verib.

ÇL-in görüşləri Lissabonda "səkkizlər finalı" formatında oynanılacaq. 1/4 finalın matçları 12-15 avqust, yarımfinal 18-19 avqustt, finalın isə 23 avqust tarixlərində keçirilməsi planlaşdırılır.

"Səkkizlər finalı"nın püşakatması iyulun ortası Nyonda olacaq.

1/8 finalın "Yuventus" - "Lion" və "Barselona" - "Napoli" görüşləri müvafiq olaraq 7, 8 avqustda Turində və Barselonada keçiriləcək. "Mançester Siti" - "Real" və "Bavariya" - "Çelsi" görüşlərinin məkanı isə hələ müəyyənləşməyib.

Yeni qərarla İstanbulun builki yox, gələn il keçiriləcək ÇL-in finalına ev sahibliyi edəcəyi vurğulanıb. Sankt-Peterburqda isə 2021/2022 mövsümündəki final oynanılacaq.

Bundan başqa, UEFA Superkuboku isə sentyabrın 24-ü Budapeştdə olacaq.

Bu qərarların UEFA İcraiyyə Komitəsinin iyunun 17-i keçiriləcək iclasında təsdiqlənəcəyi bildirilib.

Xatırladaq ki, ÇL-də 1/4 finala "Atalanta", "Atletiko, PSJ və "Leyptsiq" vəsiqəni təmin edib.
Müəllif: Anar | 16-06-2020, 08:04
Oxunub: 44
    
Reklam