» » Şamaxıda avtobusla minik avtomobili toqquşub, yaralananlar var

Şamaxıda avtobusla minik avtomobili toqquşub, yaralananlar var

Şamaxıda avtobusla minik avtomobili toqquşub, yaralananlar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sərnişin avtobusu ilə minik maşını toqquşub.

Şirvanın səsi qəzetinin xəbərinə görə, hadisə bu gün saat 15:00 radələrində yolun 120-ci kilometrliyində, Şamaxı Olimpiya İdman Kompleksinin qarşısında baş verib.

90-ZT-013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 56-AZ-261 dövlət nömrə nişanlı “İZUSU” markalı sərnişin avtobusu ilə toqquşub. Hadisə zamanı avtobusun sürücüsü, Şamaxı sakini, 1959-cu il təvəllüdlü Kərimov Vidadi Ömür oğlu və “Mercedes”in sərnişini, Bakı sakini, 1963-cü il təvəllüdlü Xasıyev Eldar Musa oğlu müxtəlif dərəcəli bədən xəsarətlər alıblar. Onlar Şamaxı Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Müxbir | 13-04-2015, 20:56
Oxunub: 547
    
Reklam