» » Kürdəmirdə baş verən yol qəzasında bir nəfər ölüb

Kürdəmirdə baş verən yol qəzasında bir nəfər ölüb

Kürdəmirdə baş verən yol qəzasında bir nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Kürdəmir şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində dünyasını dəyişib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğrayan avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Müəllif: Müxbir | 13-04-2015, 10:43
Oxunub: 545
    
Reklam