» » Göyçayda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Göyçayda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Göyçayda iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Göyçayda 3 nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib.

Şirvanın səsi qəzetinin xəbərinə görə hadisə, bu gün saat 12:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. 10-KJ-339 dövlət nömrə nişanlı, “VAZ 2109” markalı minik maşını qarşı tərəfdən gələn 10-KF-904 dövlət nömrə nişanlı, “VAZ 21099” markalı avtomobillə toqquşub. Hadisə zamanı Göyçay şəhər sakinləri, 1973-cü il təvəllüdlü Rəfiyev Qabil Əliyar oğlu, 1987-ci il təvəllüdlü Quliyeva Həbibə Qeyrət qızı və 1969-cu il təvəllüdlü Quliyeva Gülnarə Məhəmməd qızı müxtəlif bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Müxbir | 9-04-2015, 16:31
Oxunub: 573
    
Reklam