» » Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu

Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu

Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu

Qasımov Teymur 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuşdur.

Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayının 3-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif edilib. Şəhidin adının əbədiləşdirmək məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə kəndin mərkəzi küçəsinə Şəhid Teymur Mikayıl oğlu Qasımovun adı verilmişdir. Göyçay Gənclər Mərkəzində "Biz səninlə qürür duyuruq", "Şəhidlər unudulmur" adlı xatirə guşəsi düzəldilmişdir.
Bu gün 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev şəhid Teymur Qasımovun atası Mikayıl Qasımovla əlaqə saxlayaraq canını vətən üçün fəda edən, şəhidlik zirvəsinə yüksələn oğlunun anım günü münasibəti ilə baş sağlığı vermişdir. Deputatın köməkçisi Anar Nağıyev şəhidin evində olaraq, ailə üzvləri ilə görüşdü. Göyçay İnformasiya Agentliyinin kollektivi, Bayraq Muzeyinin rəhbərliyi, ictimai fəallar Şəhidin məzarını ziyarət edərək, Şəhidin önünə tər qərənfillər düzmüşdürlər.
Sonra şəhidin 4-cü ildönümü münasibəti ilə ailə üzvləri ilə birgə Quran ayələrinə qulaq asaraq, ruhuna dualar oxuyublar. Sonda şəhid atası Mikayıl Qasımov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Cənablarına şəhid ailələrinə, Qarabağ qazilərinə olan daim diqqət və qayğı üçün təşəkkürünü bildirdi.
Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu
Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu
Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu
Aprel şəhidi Teymur Qasımovun anım günü ailəsi ziyarət olundu
Müəllif: jurnalist | 6-04-2020, 05:29
Oxunub: 423
    
Reklam