» » Formula 1 Fransa Qran-Prisinə hazırlıq işləri davam edir

Formula 1 Fransa Qran-Prisinə hazırlıq işləri davam edir

Formula 1 Fransa Qran-Prisinə hazırlıq işləri davam edir

Formula 1 Fransa Qran-Prisinin direktoru Erik Bulye koronavirus pandemiyasının yürüşə hazırlığa təsiri barədə danışıb.

E.Bulye vəziyyəti nəzarətdə saxladıqlarını bildirib.

Bildirib ki, Formula 1 Fransa Qran-Prisinin təşkilini 3 ay vaxt var. Formula 1 rəhbərliyi ilə mütəmadi olaraq danışıqlar aparırıq. Bizim yarışı ləğv etmək imkanımız da var. Bu baş versə alınan biletlərin pulu tamaşaçılara geri qaytarılacaq. Hazırda yarışa hazırlıq işləri davam edir. Düzdür hazırlıqda biraz axsımalar var. Ümid edirəm ki, Fransa Qran-Prisi keçiriləcək.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Avstraliya Qran-Prisi ləğv olunub. Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako yürüşləri isə təxirə salınıb. Formula 1-in yeni mövsümünə iyunun 5-7-də Bakıda keçirilən Azərbaycan Qran-Prisi ilə start verilə bilər. Fransa Qran-Prisi isə iyunun 26-28-də təşkil olunacaq.
Müəllif: jurnalist | 21-03-2020, 06:50
Oxunub: 3
    
Reklam