» » Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib

Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib

Baş Prokurorluqda yaradılmış Çağrı Mərkəzinə 2153 vətəndaş müraciət edib

Müasir tələblər reallığında ilk növbədə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələrək prokurorluq orqanlarında vətəndaş məmnunluğunun təmini, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 - Çağrı Mərkəzi 2019-cu il oktyabrın 2-dən fəaliyyətə başlayıb.
Bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

Baş prokuror bildirib ki, hesabat ilində Çağrı Mərkəzinə 2153 müraciət daxil olub, 1641 vətəndaşa müvafiq hüquqi izahlar verilib, müraciət edən 415 vətəndaşın qaldırdığı məsələlər cinayət xarakterli məlumat olduğu üçün qeydə alınıb, araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb. 174 müraciət müəllifinin Baş Prokurorluğun və digər struktur qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilməsi təmin olunub. Həmin müraciətlərdən 74-ü isə müsbət həll edilib. Digər müraciətlər üzrə vətəndaşlara qanunvericiliyin tələbləri izah olunub.
Müəllif: jurnalist | 15-02-2020, 07:07
Oxunub: 8
    
Reklam