» » Kürdəmirdə Milli Məclisə seçkilərə hazırlıq başa çatıb

Kürdəmirdə Milli Məclisə seçkilərə hazırlıq başa çatıb

 Kürdəmirdə Milli Məclisə seçkilərə hazırlıq başa çatıb

57 saylı Kürdəmir Seçki Dairəsində 9 fevral - Milli Məclisə seçkilərə hazırlıq işləri tam başa çatıb.

Dairə seçki komissiyasından bildirilib ki, dairə üzrə 42 seçki məntəqəsi bütün zəruri avadanlıqlarla təmin edilib, hər bir seçicinin rahat və sərbəst səs verməsi üçün lazımi şərait yaradılıb. Bu mühüm kampaniyanın Seçki Məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün zəruri tədbirlər görülüb. Artıq bülletenlər də paylanıb. Dairə üzrə Milli Məclisə deputatlığa 10 nəfər namizəd var.

Dəqiqləşdirilən siyahıya görə 43110 nəfər seçicinin siyahısı məntəqələrdə lazımi yerlərdə asılıb. Seçicilərin 287 nəfəri ilk dəfə səs verəcək gənclər, 5 nəfəri isə yüz yaşdan yuxarı ahıl insanlardır.

Seçkilərin gedişini 824 nəfər müşahidəçi izləyəcək. Bunlardan 200 nəfəri öz təşəbbüsü ilə gələn, qalanlar isə namizədlərin və ayrı-ayrı partiyaların müşahidəçiləridir.
Müəllif: jurnalist | 5-02-2020, 17:53
Oxunub: 14
    
Reklam