» » Azərbaycan Rəngkarlığı Muzeyində növbəti görüş olacaq

Azərbaycan Rəngkarlığı Muzeyində növbəti görüş olacaq

Azərbaycan Rəngkarlığı Muzeyində növbəti görüş olacaq

Fevralın 7-də Azərbaycan Rəngkarlığı Muzeyində tədqiqatçı, tarixçi və televiziya aparıcısı, “Bakı sirləri” silsilə televiziya verilişinin müəllifi Fuad Axundov ilə görüş keçiriləcək.

“YARAT”dan görüş hazırda muzeydə nümayişi davam edən “Danışır Bakı: 1900-1940-cı illər” sərgisi çərçivəsində təşkil olunacaq. Sərgidə XX əsrin başlanğıcından İkinci Dünya müharibəsinə qədər yaradılmış rəsm və qrafik əsərlər, həmçinin ədəbiyyat nümunələri, arxiv xronikası və sənədlər nümayiş olunur.

Qeyd edək ki, sərginin ekspozisiyasında İsmayıl Axundov, Əzim Əzimzadə, Lətif Feyzullayev, Mixail Gerasimov, Həsən Haqverdiyev, Əli bəy Hüseynzadə, Qeysər Kaşıyeva, Bəhruz Kəngərli, Rüstəm Mustafayev, Əli Rasim Muxtarov, Adil Qazıyev, Ələkbər Rzaquliyev, Oqtay Sadıqzadə, Salam Salamzadə, Sadıq Şərifzadə, Tağı Tağıyev, Qəzənfər Xalıqov, Kamil Xanlarov kimi rəssamların, həmçinin Mikayıl Rəfili, Cəfər Cabbarlı, Əhməd Cavad, Seyid Hüseyn Sadıq, Umgülsüm Sadıqzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq və Səməd Mənsur kimi şair(ə)lərin əsərləri vəhdət şəkildə bir araya gətirilib.
Müəllif: jurnalist | 30-01-2020, 06:18
Oxunub: 13
    
Reklam