Gənclər və İdman naziri Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov yanvarın 30-da Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, qəbulda Cəlilabad, Masallı, Yardımlı rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 10:00-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 242, Heydər Əliyev parkının ərazisi) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Cəlilabad (050 464-62-44, 070 526-10-00), Masallı (050 637-44-88, 055 237-44-88) və Yardımlı (050 682-71-23) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
