» » Yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Yol qəzasında 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda baş verən yol qəzasında ölənlərin və yaralananların adları açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün Bakı-Qazax yolunun Ucar rayonunda keçən hissəsində baş verən ağır yol qəzasında Ucar rayon sakinləri Vüqar Şirinov hadisə yerində, 1978-ci il təvəllüdü İman Maqsud oğlu Məmmədov və Şamaxı rayon sakini, 1947-ci il təvəllüdlü Emin Mikayılov isə xəstəxanada dünyasını dəyişib.

Qəza nəticəsində Kürdəmir rayon sakini, 46 yaşlı Xatirə Atakişiyeva, 49 yaşlı Əfqan Atakişiyev və Ucar rayon sakini, 28 yaşlı Səbuhi Məmmədov müxtəlif xəsarətlər alaraq, xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



***

01. iyul 21.07

Bu gün saat 20.30 radələrində Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi olub.

“Mercedes” markalı minik maşını ilə “VAZ -2106” markalı avtomobil toqquşub. Nəticədə bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə ağır xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, hadisə yerinə yol polis əməkdaşları gedib.
Müəllif: Müxbir | 2-06-2014, 12:44
Oxunub: 568
    
Reklam