» » Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

Prezident İlham Əliyev Oman Sultanını təbrik edib

Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu yazıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Omanın yeni Sultanı elan olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Oman Sultanlığını ənənəvi dostluq münasibətləri birləşdirir. İnanıram ki, möhkəm təməl üzərində qurulmuş əlaqələrimiz bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqının rifahı naminə qarşıdakı ali fəaliyyətinizdə uğurlar diləyirəm".
Müəllif: jurnalist | 15-01-2020, 12:11
Oxunub: 14
    
Reklam