» » Göyçayda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Göyçayda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Göyçayda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Göyçay rayonunda bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Bərgüşad yolunun 3-cü kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb. Rayonun Məlikkənd kənd sakini, 1993-cü il təvəllüdlü Həsənov Teymur Elxan oğlunun idarə etdiyi 23-BJ-224 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmiş kənd sakini, 1965-ci il təvəllüdlü İsmayılov Ağaisa Əlisa oğluna məxsus 23-BS-622 dövlət nömrə nişanlı, “VAZ 2104” markalı maşınla toqquşub.

Ağaisa İsmayılov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Müəllif: Müxbir | 14-03-2015, 12:01
Oxunub: 591
    
Reklam