» » Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib

Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib

 Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib
 Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib
 Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib
 Ağsuda “Basqal Mədəni İrsi” seminarı, səyyar sərgi və mədəni irs turu keçirilib

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində “Basqal mədəni irsi” seminarı və səyyar sərgisi, eləcə də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində "Orta əsr Ağsu şəhəri mədəni irs turu" keçirilib. Bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında 2018-ci il 3 oktyabr tarixli Sərəncamının bir illiyinə həsr olunub.

Tədbirlərə professor Qafar Cəbiyev, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva, Ağsu, İsmayıllı, Şamaxı rayonlarından, Bakı və Sumqayıt şəhərlərindən, Basqal qəsəbəsindən ictimaiyyət nümayəndələri, rəssamlar, müəllimlər, elmi işçilər, məktəblilər qatılıblar.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin bələdçiliyi ilə Orta əsr Ağsu şəhəri, onun Cümə məscidi, buzxanası, sənətkarlıq emalatxanaları, hamam, şimal qala divarı, yaşayış evləri, qəbiristanlığı ilə tanışlıq olub. Tədbirlər zamanı Orta əsr Ağsu şəhərini Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə olunub. Mütəxəssislərlə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin geniş yaşıl meydanında Basqaldan tapılan arxeoloji materiallar, Basqal kəlağayıları, Basqalın tarixi məkanlarını əks etdirən fotosərgisi təşkil edilib. Sərgi bir gün ərzində Ağsuya gələn qonaqlar və yerli sakinlər üçün açıq olub.

Sonra qonaqların iştirakı ilə “Basqal mədəni irsi” seminarı keçirilib. Seminarı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli açıb. O, Basqal Qoruğu haqqında geniş məruzə edib, Prezidentin sərəncamlarından irəli gələn aktual və mühüm mühafizə və tanıtım tədbirlərindən danışıb. Fariz Xəlilli Basqal Qoruğunda Orta əsr Ağsu şəhəri, Ağsutex klubu və Tərəkəmə folkloru qrupunun sərgi və gələcəkdə mərkəzlərinin açılmasını arzuladıqlarını bildirib.

Ağsu və Basqal arxeoloji ekspedisiyalarının rəisi, professor Qafar Cəbiyev artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrəndiklərini bildirib. Sovet dönəmində klub kimi istifadə olunan, yanğından sonra istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar zamanı maraqlı tapıntılar aşkarlandığını qeyd edib. Ümumi sahəsi 161 kvadratmetr olan məscidin 111 kvadratmetrində artıq ilkin arxeoloji tədqiqatların əsasən başa çatdırıldığını vurğulayıb. Q.Cəbiyev bu işlər nəticəsində XI əsrdən etibarən bu günədək formalaşan və 3,5 metr qalınlığı olan 6 tikinti qatını qeydə aldıqlarını deyib. O, qazıntıların davam etdirilməsinin vacibliyini qeyd edib.

Basqal qəsəbə icra nümayəndəsi Novruz Əsədov çıxış edərək qəsəbədə son illərdə görülən işlərdən danışıb. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin layihə və mühafizə tədbirlərinin Basqalın mədəni landşaftının qorunmasında əhəmiyyətini vurğulayıb.

Daha sonra qonaqlar Ağsu şəhərindəki Şıxməzid və Şeyx Dursun xanəgahları ilə tanış olublar.
Müəllif: jurnalist | 4-11-2019, 18:06
Oxunub: 38
    
Reklam