» » Göyçay inkişaf edir,abadlıq və quruculuq işləri davam edir

Göyçay inkişaf edir,abadlıq və quruculuq işləri davam edir

Göyçay inkişaf edir,abadlıq və quruculuq işləri davam edir

Göyçay rayonunda Son 3 il ərzində abadlıq, tikinti, quruculuq və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası sahəsində görülən işlər haqqındaməlumatı Sizlərə çatırırıq.
Göyçay şəhərində 1500 yerlik şəhər stadionu əsaslı yenidən qurulmuşdur: Stadionun giriş qapıları dəyişdirilmiş, mühafizə çəpərləri və istinad divarları yenilənərək mişar daşları ilə hörülmüş, qaçış zolaqlarına və parkın ərazisinə 12 min kv.m. yeni asfalt örtüyü salınmışdır. Stadionda voleybol, basketbol, mini futbol meydançaları, sanitar-texniki qovşaqlar idmançılar üçün soyunub geyinmə otaqları inşa edilmiş, yeni işıqlandırma sistemi, monitor və müxtəlif idman avadanlıqları quraşdırılmış, tribunadakı oturacaqlar yeniləri ilə əvəz edilmişdir.
Şəhərin 6 hektar ərazisi olan Əli Kərim adına şəhər parkı əsaslı yenidən qurulmuşdur: Yeni giriş qapıları inşa edilmiş, parkda monitor quraşdırılmış, Əli Kərim abidəsi parkın mərkəzinə daha münasib yerə köçürülmüş, parkda şairlərin dəfn olduqları ərazi abadlaşdırılmışdır. Parkda Azərbaycanın məşhur yazıçı və şairlərinin xatirəsinə həsr olunmuş “əbədiyaşar ədiblər” kompleksi istifadəyə verilmişdir. Şəhidlər Xiyabanının ərazisidə xeyli abadlaşdırılmış, xiyabanda Xocalı faciəsi və 1918-ci ildə soyqırım zamanı həlak olanların xatirə abidələri ucaldılaraq, burada Böyük Vətən müharibəsində həlak olanların 20 Yanvar və Qarabağ döyüşləri şəhidlərinin abidələri kompleks şəkildə bir-birini tamamlamışdır. Bu ərazidə həmçinin dünyasını dəyişmiş, respublikanın ictimai-siyasi həyatında xüsusi xidmətləri olan göyçaylıların dəfn olunmaları üçün fəxri xiyaban da salınmışdır. Əli Kərim adına parkda, həmçinin Qarabağ müharibəsi veteranlarının istirahəti üçün “Çay evi” istifadəyə verilmişdir.
Rayon dindarlarına ehtiram əlaməti olaraq şəhər ərazisindəki “Yuxarı Məscid”də əsaslı təmir işləri aparılmış, məscidin ərazisi abadlaşdırılmış, “Mərkəzi Məscid”də yeni mərasim zalı inşa edilmiş, şəhər qəbirstanlığına aparan 0,5 km yola asfalt örtüyü vurulmuşdur.
Şəhərə Ağsu, Ağdaş və Ucar rayonları istiqamətin də girişlərdə abadlıq işləri aparılmışdır.
- Ağsu rayonu istiqamətində şəhərə girişdə yeni giriş qapısı, olimpiya idman kompleksinin qarşısında memarlıq üslubunda vaxt göstəricisi inşa edilmişdir, əraziyə yeni yaşıllıqlar salınmış və işıqlandırma sistemi qurulmuşdur;
- Göyçay-Bərgüşad avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan hissəsi yenidən qurularaq genişləndirilmiş, 4 zolaqlı olmaqla yeni asfalt örtüyü vurulmuş, həmin ərazinin yol kənarlarında baxımsız vəziyyətdə olan ticarət və xidmət obyektlərinin qarşısında lazımi səliqə və səhman işləri aparılmışdır. Kərpic Zavodunun yaxınlığında fərdi layihə üzrə ünvan göstəricisi inşa edilmiş, yol kənarlarında 4 min p.m. çəki daşları düzülmüş, 10 min kv.m. sahəyə münbit torpaq daşınaraq çəmənlik salınmış, həmçinin 1500-ə yaxın ağac və bəzək kolları əkilmişdir. Obyektlərin qarşısında 2500 kv.m.-dən artıq “mişar daşı”ndan divar çəkilərək suvanmış və rənglənmiş, 3 min kv.m.-dən artıq dəmir şəbəkələr quraşdırılmışdır. Götsərilən ərazinin gecə işıqlanması təmin edilmiş, müasir tələblərə cavab verən 50 ədəd yeni işqlandırma dirəyi, obyektlərin qarşısında 200-dən artıq plafon quraşdırılmışdır. Həmin yolun şəhərin Natəvan küçəsi ilə kəsişdiyi ərazidə tez-tez baş verən nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə rayon rəhbərliyinin təşəbbüsü ilə işıqfor qurşadırılmışdır; Şəhərə Ucar rayonu istiqamətində girişdə qəzalı vəziyyətdə olan giriş qapısı sökülmüş, ərazidə əsaslı yenidənqurma işləri aparılmış, üzərində nar və çinar yarpağını əks etdirən postament ucaldılmaqla sakinlərin istirahəti üçün kiçik park salınmışdır.
Şəhər ərazisinin abadlaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə əlaqədar şəhərin küçələrinin və çoxmənzilli binaların ictimai həyətlərinin asfalt örtüyünün bərpası istiqamətində müvafiq tədbirlər görülmüş, şəhərin 15 küçəsində və 21 çoxmənzilli yaşayış binasının həyətində 120 min kv.m-dən artıq yeni asfalt örtüyü vurulmuş, şəhərin Natəvan, Mehdi Hüseynzadə və Nizamı küçələrində yol dairələri yenidən qurulmuşdur.
Heydər Əliyev parkında əsaslı yenidənqurma işləri aparılmış, parkın ərazisi 1500 kv.m. yaxın artırılmış,buradakı fəvvarə kompleksi yenidən qurularaq mərmər üzlüklərlə örtülmüş, yeni işıqlandırma sistemi qurulmuşdur.
Heydər Əliyev Mərkəzinin ərazisində yeni Bayraq Muzeyi inşa edilmişdir.
Bayraq Meydanı yenidən qurulmuş, Bayrağın postamentinə 300 kv.m. mərmər örtüyü vurulmuş, ərazinin üzlük tavaları təzələnmişdir.
Kənd yaşayış məntəqələrində abadlıq, quruculuq işlərinin aparılması, əhalini narahat edən problemlərinin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür:
Rayonun Aşağı Qaraməryəm kəndindən keçən “Dəvə batan” çayının üzərində selin uçurduğu kəndarası körpü yenidən tikilərək, kənd sakinlərinin istifadəsinə verilmişdir;
Respublika əhəmiyyətli Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qaraməryəm kəndindən keçən hissəsində yol dairələri abadlaşdırılmış, kənddəki bayraq meydanı əsaslı yenidən qurulmuşdur; Alpout kəndində 40 yerlik uşaq bağçası istifadəyə verilmişdir;
Rayon İcra Hakimiyyəti bir sıra kəndlərdə sosial obyektlərlərlə təminatdakı çətinlikləri nəzərə alaraq həmin kəndlərin ərazisində torpaq sahəsinin ayrılması, bu torpaq sahələrində inzibati binaların inşa edilməsi barədə təşəbbüsünə müvafiq olaraq rayonun Müskürlü kəndində müvafiq torpaq sahəsi seçilmiş, layihə smeta sənədləri hazırlanmış və tikinti işlərinə başlanmışdır. Kompleks şəkildə inşa edilən 40 yerlik uşaq bağçası, tibb məntəqəsi, kitabxana, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və kənd bələdiyyəsi üçün otaqları əhatə edən inzibati binalar kompleksinin tikintisi cari ilin sonuna qədər başa çatdırılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sənaye kompleksinin inkişafı sahəsində tapşırıqlarının icrası istiqamətində bir sıra tədbirlər görülmüş, Dövlət Ehtiyat Fondu torpaqlarından və örüş sahələrindən istifadə vəziyyəti mütəmadi yoxlanılmış, icarəçilərin istifadəsinə verilmiş və təyinatı üzrə istifadə edilməyən torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində səmərəsiz istifadə olunan 1000 hektara yaxın torpaq sahəsi müəyyənləşdirilmiş, həmin torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi, suvarma suyu ilə təminatının bərpa edilməsi istiqamətində əməli tədbirlər görülmüşdür. Bu torpaq sahələrindən şum çıxarılaraq qarğıdalı, yonca, çəltik və digər bitkilərin əkilməsi təmin edilmişdir.
Əkin torpaqlarının münbitliyinin qorunması və suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkələrinin 175 km-lik hissəsində, suvarma arxlarında 1125 km məsafədə lil və çöküntülərdən təmizləmə işləri aparılmışdır.
Rayon iqtisadiyyatında mühüm rol oynayan və gəlirli sahə olan faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət artırılmış, ümumi sahəsi 300 hektara yaxın olan istixanalar inşa edilmiş, yetişdirilmiş məhsul əasaən Rusiya bazarlarına ixrac edilərək sahiblərinə xarici valyutada qazanc gətirmişdir.
Barama istehsalının artırılmasına xüsusi diqqət yetirilmiş, barama tədarükünün həcmi son 3 ildə 14,5 dəfə artaraq 1139 kq-dan, 16500 kq çatdırılmışdır. Baramaçılığın yem bazasının inkişaf etdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, son 3 ildə rayonun kəndlərində 384,6 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilmiş 278 min ədəd tut tingi əkilmiş və onlara lazımi aqrotexniki qulluq göstərilməsi təmin edilir.
Son 3 ildə 583,7 hektar meyvə bağı salınmış və meyvə bağlarının ümumi sahəsi 6226,1 hektara çatdırılmışdır.
Cari ildə 47625 ton taxıl tədarük edilmiş, hər hektardan 30,5 sentner məhsul əldə edilmiş, ötən ilə nisbətən taxıl istehsalı 4881 ton, hər hektarda məhsuldarlıq 1,5 sentner artmışdır.
İnvestisiya və biznes mühitinin yaxşılaşdırılması, rayon iqtisadiyyatına daha geniş həcmdə özəl investisiyaların cəlb edilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində sahibkarlıq subyektləri tərəfindən son 3 ildə rayon iqtisadiyyatına iş adamları tərəfindən 40 milyon manat yaxın investisiya qoyulmuş, 665 yeni iş yeri açılmışdır. Özəl investisiya hesabına aşağıdakı ən iri obyektlər istifadəyə verilmişdir: Yalman kəndində 2500 tonluq soyuducu anbar kompleksi, gün ərzində 4,5 ton meyvə qurutma gücü olan sex və meyvə çeşidləmə məntəqəsi;
Cəyirli kəndində tikinti materialların topdan və pərakəndə satış bazası, ümumi sahəsi 2 hektara yaxın olan topdan satış meyvə bazarı və ümumi sahəsi 3200 kv.m. olan market;
“AzNar” QSC-də illik istehsal gücü 800 ton olan şərab istehsalı müəssisəsi, saatda 120 dekalitr şəkərsiz kompot istehsal edən sex; “Göyçay Toxucu” Səhmdar Cəmiyyətinin 4 mərtəbəli istehsalat və inzibati binalarının bütün mərtəbələrində yeni isehsal sahələrinin yaradılması məqsədi ilə yenidənqurma və uyğunlaşdırma işləri aparılmışdır; Ümumi ərazisi 0,54 hektar, 120 yerlik gözləmə zalı olan şəhərlərarası avtovağzal kompleksi;
“Göyçay Şərab” ASC-də əsaslı yenidən qurma işləri aparılmışdır; Rayon mərkəzində “R-Group” MMC-nin ümumi ticarət sahəsi 10 min kv.m. olan kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarı;
“Xalq Bank” ASC-nin 560 kv.m. xidmət sahəsi olan rayon filialının binası;
Çayarxı və Cəyirli kəndlərində ümumi ərazisi müvafiq olaraq 1,5 və 1,0 hektar olan müasir istixana kompleksləri; Şəhər 2 saylı, Qaraman və Potu kənd tam orta məktəbləri əsaslı yenidən qurulub;
Hazırda özəl investisiya hesabına Mirzəhüseynli kəndində mövcud şərab zavodunun bazasında spirt istehsalı üzrə yeni zavod yaradılır, “AzNar” QSC-də istehsal sexlərinin gücünün artırılması üçün tədbirlər görülür, yeni araq istehsalı sexi quraşdırılır, şəhərdə və Qarabaqqal kəndində 40 yerlik uşaq bağçaları, şəhərdə 5 mərtəbəli 20 mənzilli yaşayış evi, müxtəlif xidmət obyektləri inşa edilir.
Son 3 ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bir sıra obyektlər istifadəyə verilib.
Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri başa çatdırılıb, Şəhadət kəndində şəhərin çirkab sularını təmizləyən qurğu kompleksi;
Yeraltı içməli su mənbəyi olmayan 6 yaşayış məntəqəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli su təmizləyici qurğular;
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun 16 kəndinin içməli su ilə təminatı; 20 kənd yaşayış məntəqəsinə təbii qaz verilişi bərpa edilmiş, rayon üzrə qazlaşdırma səviyyəsi 98,8 % çatdırılmışdır;
Şəhər və kənd yaşayış məntəqələrinin elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılmışdır; 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini əhatə edən Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı və 21 min nəfər əhalinin yaşadığı 11 yaşayış mtəqəsini birləşdirən Cəyirli-Alpout kəndlərarası avtomobil yollları istifadəyə verilmiş, hazırda 4 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli yolunun tikintisi aparılır; Göyçay çayında sel və daşqın təhlükəsinin, qəza vəziyyətinin aradan qaldırılması sahəsində işlər davam etdirilir. Layihə çərçivəsində çayın ötürücülük qabiliyyəti saniyədə 275 kub.m. olan yeni məcrasının torpaq işləri başa çatdırılmış, məcra boyu sel sularının istiqamətləndirilməsi və sürətinin azaldılması, yeni çay məcrasının betonla üzlənməsi işləri davam etdirilir. Ərazidə inşa edilən körpünün tikinti işlərinin böyük hissəsi yerinə yetirilmiş, kəndləri suvarma suyu ilə təmin edən səviyyə qaldıran qurğunun dayanıqlığının artırılması üçün tədbirlər görülmüşdür;
Şəhərin Mənzil fonduna daxil olan 47 binada əsaslı təmir işləri aparılmış, binaların dam örtükləri təzələnmişdir; Rayonun Çərəkə və Qaraman kəndlərində Qarabağ müharibəsi əlilləri üçün 3 və 2 mənzilli fərdi yaşayış evləri istifadəyə verilmişdir;
Ərəbşahverdi və Alıkənd kəndlərində 40 yerlik, Hacıağıbəyli kəndlərində 24 yerlik, Veysəlli kəndində 20 yerlik məktəb binaları inşa edilmiş, Mallı Şıxlı kənd tam orta məktəbi əsaslı təmir olunmuş, şəhər 6 və 9 saylı tam orta məktəblərin dam örtükləri təzələnmişdir, hazırda Ləkçılpaq və Çaxırlı kənd tam orta məktəblərində əsaslı təmir işləri aparılır Göyçay Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə başlanılmışdır.
Şəhərdə yataqxana binalarında məskunlaşmış mənzil vəziyyəti daha ağır olan məcburi köçkün ailələri üçün 80 mənzilli yaşayış binası inşa edilir və yaxın aylarda istifadəyə veriləcəkdir;
Son 3 ildə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin və digər işlərin həyata keçirilməsi sahəsində 3604 yeni iş yeri yaradılmışdır.
Müəllif: jurnalist | 10-10-2019, 12:18
Oxunub: 49
    
Reklam