» » Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Göyçay rayonunda “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

27 sentyabr 2019 cu il tarixində Göyçay rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, respublikamızın 8 rayonunda nar istehsalı ilə məşğul olan 220-yə yaxın fermer iştirak edib.

Tədbiri giriş sözü ilə açan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan aqrar sektorda islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O qeyd edib ki, həyata keçirilən tədbirlər qeyri-neft sektorunun aparıcı sahəsi olan aqrar sahədə davamlı inkişafa real zəmin yaradıb, son illərdə bu sahədə nəzərəçarpacaq artım qeydə alınıb.

İcra Hakimiyyətinin başçısı əlavə edib ki, kənd təsərrüfatı sahəsinə xüsusi diqqət fermerlərin bu sahəyə marağının daha da artmasına səbəb olub: “Son illərdə Göyçay rayonunda narçılıq inkişaf etdirilir. Rayonumuzda 1000 hektar sahədə yeni nar bağları salınıb. Respublikada tədarük olunan nar məhsulunun 20%-i Göyçayın payına düşür.
Ötən il Göyçayda 31 min 103 ton nar istehsal edilib ki, nəticədə fermerlərimiz nar istehsalından 20 milyon manat vəsait əldə edib. Hər il rayonumuzda nar festivalının keçirilməsi bu gəlirli sahənin inkişafına öz töhfəsini verir”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən narçılığın inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. 2018-ci ildə olduğu kimi 2019-cu ildə də aqrar sektorda artım 6%-dən yüksək olub. Təkcə bu ilin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz artıb ki, bu da rekord göstəricilərdən biridir”.

Azərbaycanda narçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən son illərdə aqrar sahədə ixracyönümlü məhsulların istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər ölkədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına səbəb olub, bölgələrdə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına etibarlı zəmin yaranıb”.

Nazir qeyd edib ki, respublikada müxtəlif meyvə bitkilərinin becərilməsi üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, bu sahənin yüksək iqtisadi səmərəliliyi və ixrac potensialının olması meyvəçiliyin, həmçinin narçılığın inkişaf etdirilməsini zəruri edir: “Azərbaycan nar müxtəlifliyi və nar sortlarının miqdarına görə dünyada birinci yerdədir. Respublikada “Çəhrayı gülöyşə”, “Bala Mürsəl”, “Azərbaycan gülöyşəsi”, “Nazik qabıq”, “Vələs”, “İri gilə” və s. sortlar becərilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi narçılıqda da inkişaf müşahidə edilir. Hazırda narın əkin sahəsi təxminən 23 min hektara, nar istehsalı 155 min tona çatdırılıb. Bununla belə əkin sahəsinə görə əldə edilən məhsuldarlıq bizi qane edə bilməz. Nar istehsalına görə hər hektardan məhsuldarlıq təxminən 7 ton təşkil edir. Bizim hədəfimiz isə məhsuldarlığı hər hektardan 15 tona çatdırmaqdır”.

Nazir İnam Kərimov əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq qərzəklillər daxil edilmədən intensiv meyvə bağlarına, həmçinin intensiv nar bağlarına bağın salındığı ilk 4 il ərzində hər il hektara 800 manat, sonrakı illərdə isə 240 manat əkin subsidiyası ödəniləcək. İntensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara da şamil ediləcək.

Nazir çıxışında Azərbaycanda narçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il nar mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, narçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Müşavirədə 2019-cu ildə Azərbaycanda narçılığın inkişafında oynadığı rola görə 7 fermerə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimov və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov təqdim ediblər.

“AzNar” Qapalı Səhmdar Cəmiyyəti səhmdar direktoru Teymur Əhmədov çıxışış edərək “Narçılığın inkişafı: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirənin iştirakçılarına uğurlar arzuladı. Bu gün təşkil olunan regional müşavirənin vacibliyini vurğulayan T. Əhmədov “AzNar” QSC-in fəaliyyəti barədə məlumat verdi.

Daha sonra müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Tofiq Rzayev ölkədə nar yetişdirilməsində mövcud vəziyyətdən danışıb, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov isə Assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Göyçaylı narçı-fermer Eyvaz Səmədov isə narçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə narçılığın inkişafı, nar tingləri ilə təminat, yeni nar bağlarının salınması, mövcud ənənəvi nar bağlarının intensiv bağçılıqla tədricən əvəzlənməsi, yeni məhsuldar və keyfiyyətli sortlar üzrə tingçiliyin inkişaf etdirilməsi, narçılığın regionlar üzrə ixtisaslaşması, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi, mövcud soyuducu anbar sistemlərinin imkanlarının artırılması, ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılması, ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
Müəllif: jurnalist | 27-09-2019, 16:22
Oxunub: 43
    
Reklam