» » Ağsuda yarım ildə ümumi məhsul istehsalının həcmi 11,6 faiz artıb

Ağsuda yarım ildə ümumi məhsul istehsalının həcmi 11,6 faiz artıb

 Ağsuda yarım ildə ümumi məhsul istehsalının həcmi 11,6 faiz artıb

Ağsu rayonunda 2019-cu ilin birinci yarısında ümumi məhsul istehsalının həcmi 104,7 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 milyon manat və ya 11,6 faiz çoxdur.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yarım ildə ümumi məhsul istehsalında iqtisadiyyatın aparıcı sahəsi olan aqrar sektorun payı 63,4 milyon manat, sənayedə 9,4 milyon manat, ticarətdə 26 milyon manat və sair təşkil edib. Altı ayda məhsul istehsalının həcmi kənd təsərrüfatında 28,8 faiz, sənayedə isə 2 dəfə artıb.
Müəllif: jurnalist | 30-07-2019, 13:19
Oxunub: 52
    
Reklam