» » Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi şıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaratıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o həyat qəbiliyyətli ola bilməz.
Azərbaycan xalqının yetişdirdiyi elə şəxsiyyətlər vardır ki, onların həyat və fəaliyyətləri, qoyub getdikləri zəngin irs daim öyrənilir və gələcək nəsillər onlardan bəhrənənirlər. Belə şəxsiyyətlərdən biri də xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevdir. Azərbaycan tarixinin 30 ildən çox artıq bir dövrü bu illər ərzində xalqımızın içtimai –siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin və incəsənətinin inkişafına Ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğı indi də öz bəhrəsini verməkdədir.
Azərbaycan xalqının ən yeni tarixində belə şəxsiyyət Ümummilli lider H. Əliyev-sözün əsl mənasında millətin-dövlətçiliyin xilaskarı olani insan öz bəsirəti, təcrübəsi və işləri ilə indiyə qədərki bütün dəyərlər və siyasi məhşurlar sisteminə ucalmış şəxsiyyət olmuşdur. Onun Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1962-1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olmuşdur. Həmin düvrdə Azərbaycan istər sosial, istərsə də ictimai-mədəni sahələrdə dinamik ve güclü inkişaf yolu keçmişdir. Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan siaysi sisteminin yaradıcısı,azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu Öndər H. Əliyevin 1993-cü ildə hakimiyyətə gəldiyi dövrdən sonra Azərbaycan Respublikası milli-mənəvi dəyərlərə diqqət daha da sürətlənməyə başlamışdır.
Azərbaycan xalqının dövlət müstəqilliyi 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına əsasən yenidən bərpa olundu. Sovet imperiyasının süqutu, sosializm sisteminin çökməsi və Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpa olunması nəticəsində yaranmış ideoliji plüralizm mühiti ölkə vətəndaşlarının vicdan azadlığı hüququnun tənzimlənməsinə zəmin yaratdı. Beləliklə, 20 avqust 1992-ci ildə Milli Məclis tərəfindən “Dini etiqat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunla Azərbaycan Respublikası vətəndaşlarına 70 ildən artıq qadağan edilmiş etiqad azadlığı rəsmi şəkildə geri qaytarıldı. Bu qanuna zidd olmayan istənilən dinə sitayiş etmək hüququ bəxş edilmişdir. Milli-mənəvi dəyərlərə münasibətin bu şəkildə dəyişməsi insanların milli-dini mənsubiyyətlərinin fərqinə varmalarına, tarixi keçmişlərinə, babalarının maddi-mənəvi miraslarına sahib çıxmalarına böyük zəmin yaratmışdı. H. Əliyev milli-mənəvi dəyərlərə, xalqımızın min illər boyu formalaşan adət-ənənələrinə bağlı olduğu qədər də müasirlik, yenilik tərəfdarı idi. O belə demişdir: “Müasirlik və dini-mənəvi dəyərlər bir-biri ilə uzlaşmalıdır. Dini-mənəvi dəyərlərimizdən müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik.”
Dini dəyərlərə qayıdış adı altında yalnız keçmişə qayıtmamalı, əksinə bu mənəvi mənbələrdən faydalanaraq daha da irəli gedib parlaq gələcəyimizi qurmalıyıq. Ümummilli liderimiz bir tarixçı kimi İslam dininin mənəvi dəyərlərinin cəmiyyəti və insanları həmişə inkişafa apardığını çox gözəl bilirdi. H. Əliyev İslam dininə düzgün yanaşılmaması təqdirdə onun cəmiyyət və dövlət üçün ciddi problemlərin ortaya şıxacağını çox gözəl bilirdi. O bunu diqqətində həmişə saxlayırdı. Çünki, insanları birliyə,vəhdətə çağıran dinimizin kimlərinsə əlində radikal bir görüşə varması, eyni zamanda ekstremist, xürafat, antimilli düşüncələrlə gənclərin fikirlərini qarışdıracaqlar. H. Əliyev ən optimal vasitə kimi dini bilikləri,vətəndaşlara ancaq maarifləndirmə yolu ilə çatdırmaq olduğunu bilirdi.
H.Əliyev müstəqil Azərbycanımızda tolerantlıq məsələlərində də çox önəmli addımlar atmışdır. Belə ki, o, digər dinlərin və xalqların xidmətlərini də nəzərdə saxlamışdır. 16 noyabr 1999-cu ildə ölkəmizdə fəaliyyət göstərən dini rəhbərlərlə görüşündə belə qeyd etmişdir: “Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layıqdir. Bu, hamının- həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların-azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərin səyləri ilə əldə edilmişdir.”
Azərbycan respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, irqindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. H.Əliyev TəzəPir Məsciddindəki çıxışında belə deyir: “Hər bir şəxs hürrdür, azaddır, hər bir şəxs öz daxili aləmində müvafiq olaraq öz amallarını, öz fikirlərini həyata keçirə bilər. Ona görə də bizim Qurani Kərim bunu göstərir və biz bu yolla gedirik. Çünki İslam dini başqa dinlərə həmişə hüsnü rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb və başqa dinlərə mənsub adamlarla və qardaşlıq əlaqələri yaratmağa çalışıbdır. Bu bizim tariximizin çox səhifələrində qeyd olunubdur.”
Dünya müsəlmanlarının ən müqəddəs bayramlarından olan Ramazan və Qurban bayramları müsəlman dünyasının ən əziz bayramlarındandır. Bu bayramlarda müsəlmanlar ata və analarına, yaxınlarına, qohumlarına, dostlarına qonaq gedir, hədiyyələr aparır, bir-birlərini təbrik edirlər. Dünya müsəlmanları kimi Azərbaycan xalqı da bu bayramları böyük təntənə ilə qeyd edirlər. Sovet hakimiyyəti zamanlarında bu bayramları qeyd etmək qadağan edilmişsə də, Azərbaycan xalqı gizli və məhdud şəkildə olsa da bayramları qeyd edirdilər. Müstəqilliyimiz əldə etdikdən sonra Ramazan və Qurban bayramları xalqın ən əziz və müqəddəs bayramlarına çevrildi. Bayram günlərində insanlar bir-birlərini təbrik etməklə bərabər torpaqlarımızın bütövlüyü, müstəqilliyi yolunda şəhid olan həmvətənlərimizi dərin ehtiramla yad edirlər. Ulu öndər dini adət və ənənələrimizi milli-mənəvi dəyərlərimizdən ayırmır, onlara xüsusi önəm verirdi: “Müsəlmanların böyük bir təntənə ilə həmrəylik və qardaşlıq rəmzi kimi qeyd etdikləri Qurban bayramı insanlar üçün yüksək bəşəri-mənəvi dəyərlərdən faydalanmak imkanları yaradır. İslamın insanpərvərlik, mehribanlıq və mərhəmət prinsiplərinə həmişə sadiq qalmış Azərbaycan xalqı tarixinin çətin dövlərində belə, Qurban bayramını özünün ən əziz günlərində biri kimi qeyd etmişdir. Dövlət müstəqilliyimizin bərpasından sonra da bu günün rəsmi şəkildə bayram edilməsi xalqımızın milli və dini ənənələrinə sədaqətinin parlaq ifadəsidir.”
Novruz bayramı xalqımızın ən əziz bayramlarındandır. Onun gəlişi insanlara xoş ovqat gətirir, yüksək əhval-ruhiyyə oyandıran Novruz hər il 20-21 martda keçirilir. Novruz türk xalqları tarixində çox dərin qatlardan xəbər verir. İnsan yaradılışının dörd ünsürü olan –su, od, yel və torpaqla bağlı inancları onun bir daha qədimiliyindən xəbər verir. H.Əliyev bunun haqqında belə deyir: “Novruz bayramı bizim üçün bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir. Və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır.”
Dünya Azərbaycanlıların həmrəyliyinə, milli birliyə nail olmaq Ümummilli liderimiz H.Əliyev yorulmaz fəaliyyətində ən əsas yerlərində biridir. Onun xarici ölkələrə səfəri zamanı orada yaşayan soydaşlarımızla görüşləri, dəyərli tövsüyələri və məsləhətləri sayəsində xaricdə yaşayan Azərbaycan cəmiyyəti və digər icmaların səmərəli fəaliyyəti yalnız və yalnız ölkəmizin inkişafına, tərəqqisinə xidmət etməkdən ibarət olmuşdur. H.Əliyev 2001-ci ildə Bakıda keçirilən dünya azərbaycanlıların birinci qurultayında tarixi bir hadisə kimi hər bir soydaşımızın yaddaşında həkk olmuşdur. Həmin qurultayda o belə demişdir: “Düşünürəm ki, xaricdə yaşayan soydaşlarımız həmişə ümumbəşəri və mütərəqqi milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin daşıyıcıları olacaqlar.”
Dünyada olduğu kimi, Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü təntənəli şəkildə olunur. Təkcə təhsil və səhiyyə sahəsinin 50%-dən çoxunu qadınlar təşkil etməkdədir. Qadınların zəhmətləri əvvəlki zamanlarda layiqincə qiymətləndirilməyib. Bu gün isə müstəqil Azərbaycan cəmiyyətində xanımlarımızın normal fəaliyyəti üçün lazimi şərait yaradılmışdır. H.Əliyev demişdir: “ Qadınlarımız ölkəmizin həyatının bütün sahələrində uğurla fəaliyyət göstərir, yeni cəmiyyət quruculuğuna öz töhfələrini verirlər.”
Milli ideya azərbaycanlıların özlərini identikləşdirməsinə, xalqın zəngin mədəniyyətini və onun tarixi irsini əks etdirən dünyagörüşünə əsaslanır. Azərbaycanın tarixi abidələrinin beynəlxalq təşkilatlar tərəfindən tanınması prosesinin başlanması bu qayğının nəticəsi olmuşdur. 2000-ci ildə Bakının tarixi mərkəz – Qız Qalası və Şirvanşahlar sarayı da daxil olmaqla İçərişəhər YUNESKO-nun Dünya İrsi Siayhısına daxil edilmişdir. Bu qurum ən əsası olaraq dünya əhəmiyyətli obyektlərin qoruyub saxlamaq və xüsusən də mədəni, tarixi və ya ekoloji əhəmiyyətinə görə onları məşhurlaşdırmaqdır. Azərbaycan hökuməti hələ 1998-ci ildə Lökbatandakı vulkanları, Atəşgah məbədi, Naxçıvandakı Mömünə Xatın, Qarabağlar və Gülüstan türbələri və digər şəhərlərin həmin siyahıya daxil olunmasını da mərhum liderimiz H. Əliyev təklif etmişdir. Azərbaycan mədəniyyətinin tarixi inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlıdır. “Mədəniyyət Azərbaycan xalqının böyük sərvətidir.”- deyən Ümummilli lider hər zaman xalqın mənəviyyatını zənginləşdirən, onu bütün dünyada tanıdan milli mədəniyyətimizin hərtərəfli inkişafını, yükşəlişini daim diqqət mərkəzində saxlamış, ona ən ümdə vəzifə kimi baxmışdır.
“Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daim yaşayacaq, onların şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır.” Ümummilli liderimiz H.Əliyev milli-mənəvi dəyərlərimizi dirçəltməklə bərabər, xalqına bu müstəqilliyi əldə etməyin heç də asan olmadığını çatdırmağı özünə borc bilmişdir. Azadlıq və müstəqilliyin qazanılmasında Azərbaycan xalqının şəhid olan vətəndaşlarının haqqları vardır. Bu şəhidlər Azərbaycan xalqının heç vaxt unudulmayan , hər zaman qəlblərində yaşayan şəhidləridir.16 mart 1998-ci ildə H.Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı fərmanla hər il mart ayının 31-də soyqırım kimi qeyd edilir.
“Qara Yanvar” kimi qan yaddaşımıza həkk olunan 20 Yanvar da xalqımız tərəfindən xalqımıza yaraşır şəkildə qeyd olunur. Vətənimizin azadlığı uğrunda mübarizəyə qalxan, torpağına, sərhədlərinə edilən təcavüzə etirazını bildirən silahsız,günahsız insanlar təpədən-dırnağadək müasir silahlarla silahlanmış sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldular. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, iradəsi qırılmadı. Və nəhayət müstəqilliyini, azadlığını əldə etdi.
1992-ci ildə fevral ayında erməni millətçiləri tərəfindən törədilən Xocalı faciəsi azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətini həyata keşirən növbəti qanlı səhifələrdən biridir. H.Əliyev hakimiyyətə qayıdışdan sonra öz siyası dünya görüçü ilə bütün xarici dövlətlərə səfərləri ərəfəsində bu soyqırım aktı ətraflı təhlil olundu, ermənistanın təcavüzkar dövlət olduğu sübuta yetirildi. Onun üçün də H.Əliyev 25 fevral 1997-ci ildə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında sərəncam imzaladı.
Tarixin yetişdirdiyi görkəmli şəxsiyyətlərdən H.Əliyev parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşunda Azərbaycanın milli-mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə çatdırdı.

Müşfiq Əsgərov, Göyçay şəhər “Mərkəz” Məscidi Dini İcmanın Sədri, Dünşünas
Müəllif: jurnalist | 10-04-2019, 13:22
Oxunub: 860
    
Reklam