» » Mübarəkdir 10 milyonuncu övladın Azərbaycan

Mübarəkdir 10 milyonuncu övladın Azərbaycan

Mübarəkdir 10 milyonuncu övladın Azərbaycan

Mübarəkdir 10 milyonuncu övladın Azərbaycan.
Aprelin 7-də Azərbaycanın 10 milyonuncu vətəndaşı dünyaya göz açdı.Bu körpəyə Mehriban adı verdilər.Qoy balaca Mehriban həyatda xöşbəxt böyüsün və ölkənin vitse-prezidenti,dünya şöhrətli Mehriban xanımın adına layiq yetişsin. Bu münasibətlə ölkəmizdə çox təntənəli toplanışlar keçirildi .Bu münasibətlə qəlbimdən keçən hissləri şeirə çevirdim.
Artıq 10 milyonçu övladın oldu,
Mehriban xanımın adını aldı.
Bu xəbər Dünyaya çox tez yayıldı,
Mübarəkdir 10 milyonçu övladını Vətən.
Vitseprezidentin adı Mehriban ,
Onu tanıyır bu cümlə, cahan.
Körpə gəlişindən sevindik yaman,
Mübarək 10 milyoncu övladın Vətən .
Ay körpə ayağın sayalı olsun,
Mehriban balamız qoy yaşa dolsun.
Xalqımın sayı 20 milyonuncu olsun,
Mübarəkdir 10 milyonuncu övladın Vətən.
Arzu eləyək ki, xalqımız artsın,
Mərd oğul qızların sayı çoxalsın .
Qarabağ torpağım tez azad olsun,
Mübarəkdir 10 milyonuncu övladın Vətən.
Ə.Nağı

Şirvanın səsi qəzetinin baş redaktoru.
1968-ci ildən mətbuat işçisi. 08.04.2019cu il

Müəllif: jurnalist | 9-04-2019, 14:27
Oxunub: 895
    
Reklam