» » Bioloji Təbabət klinikasında seminar keçirildi

Bioloji Təbabət klinikasında seminar keçirildi

Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi

Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi
Bioloji Təbabət klinikasında seminar keçirildi

Bioloji Təbabət klinikasında seminar keçirildi
Bu gün Bialoji Təbabət klinikasın və Gold salonun birgə təşkilatlığı ilə Bialoji Təbabət kilinikasının gözəliyin və kosmotologiyanın yeri və rolu adlı seminar müşavirə keçirildi.
Seminarın açılışını Göyçay filalının direktoru Aydın Mehdiyev açaraq seminar iştirakçılarını salamladı. 26 fevral əsrin faciəsi olan Xocalıda törədilən erməni vəhşiliyi haqqında məlumat verdi. Direktor keçən gün Xocalı soyqırımının 27-ci ildönümü olduğunu qeyd etdi. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Rusiyanın Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.
Hücumdan əvvəl, fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girməsini bildirən A. Mehdiyev ermənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışsa da şəhər ətrafında gizlənən erməni silahlıları dinc insanları qətlə yetirildiyini qeyd etdi. İstintaqla müəyyən edilib ki, Xocalı faciəsi ilə bağlı şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə bütünlüklə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.
Aydın Mehdiyev Ermənilər sağ qalmış insanlar üzərində təhqiredici hərəkətlər etdiyini onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxardıb, hamilə qadınların qarnını yarıldığını vurğuladı. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib. Bütün bunlar Ermənistanın Cenevrə Konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı soyqırım həyata keçirdiyini təsdiqləyir.
Direktor bildirdi ki, Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.
Çıxışında direktor Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədini də bildirdi. Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.
KLinika rəsmisi XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu, Xocalı soyqırımı əsrin Xatın, Hiroşima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayandığını bildirdi.
Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Azərbaycan xalqı 1948-ci il 9 dekabr tarixli "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" Konvensiyasını rəhbər tutaraq, Ermənistana qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Aydın Mehdiyev Cinayət cəzasız qalmamalı olduğunu, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlməli və Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməli olduğunu qeyd etdi.
Çıxışın sonunda Xocalı soyqırımı şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla anıldı.
Sonra Bialoji Təbabət kilinikasının gözəliyin və kosmotologiyanın yeri və rolu adlı seminar barədə məlumat verildi. A. Mehdiyev Elxan Yaqubov və Yusif Məhəmmədoğlunun birgə hazırladığı "Torpaq qan ağıayır" adlı kitabı barədə danışan direktor kitabı hədiyyə olaraq Göyçay Gənclər Mərkəzinin və Göyçay İnformasiya Agentliyi Nar tv-nin direktoru Anar Nağıyevə təqdim etdi.
Anar Nağıyev Allahdan şəhidlərin ruhuna rəhmət diləyərək kitabın ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə təşəkkürünü bildirdi. Biloji Klinikanın yaranma tarixi fəaliyyəti barədə o cümlədən Göyçay filialının açlışı bu keçən illər ərzndə regionda özünü doğruldan tibb mərkəzinə çevrilməsini tədqirə layiq olduğunu bildirdi. A. Nağıyev çıxışında tezliklə Alli baş komandan İlham Əliyev cənablarının işğal altında olan torpaqlarımızın duşməndən azad olmasını üc rəngli bayrağımızın qədim tarixi olan əyalətlərimizdə dalgalanmasını arzuladı.
Anar Nağıyev Bioloji Təbabət klinikasının inşallah Şuşa filialınında açlışını, Dağlıq Qarabağ üzrə semnarların kecirilməsini arzulayaraq seminar iştirakçılarına uğurlar dilədi.

Seminar iştirakçılarına seminarın məqsədi və keçirilimə səbəbi açıqlandıdan sonra bialoji kilinikanın iş prinsipi; müalicə üsülları və yaranmaq tarixi barədə Göyçay.informasiya agentliyinin hazırladığı məlumat haqqda video rolik göstərildi.

Gold salonun rəhbəri Dilbər Həmidovaya söz verildi. Dilbər Həmidova öz işindən və yeni açılan Gold salonundan danışdı və qeyd etdiki; artıq salona gələn xanımlar kosmetoloq Leyla xanım Novruzilə Bialoji Təbabət klinikaya getmədən Gold gözəllik salonunda onlara məsləhət verərək klinikada onlara öz xidmətini edəcək.
Sonra seminarda kosmetoloq Leyla Novruziyə söz verildi. O kilinikada hansı kosmetoloji prosidurlar icar etməyi barədə məlumat verdi: Kilinikada Üzün mexaniki təmizlənməsi (çistka)Mezateropiya; Prf-plazma lifting; Təbii dolğular;( gialuron turşusu tərkibi peraparatla); Botoks; Aleksandrit lazer DEKA ; Saç tökülməsinin müalicəsi; Demodekoz(gənə)xəstəliyinin müalicəsi; Akinə müalicəsi;Plazmapen aparatı ilə ət xallarının,çapıqların,popilomaların dərin qırışların götürlməsi kimi müxtəlif prasidurları icra etdi barədə məlumat verdi.
Seminar zamanı iki model üstündə iki ayrı-ayrı prosidur icra olundu. Bunlardan biri; Təbii gialuron turşusu tərkibli dolğu və PRP-plazma lifting pradiduru oldu.
Etdiyi prasidurlar barədə məlumat verən Leyla xanım plazma liftingin öz qanımızdan gələn gözəlik olduğunu belə ki; damardan 10 qram qan alınıraq aparatda xüsusi fermentlərə ayrılaraq alına ağ maye üz dərisinə ineksiya olunduğu barədə məlumat verərək modelin üstündə göstərdi.
Seminar zamanı seminar iştirakçılarının suallarına cavab verdi.Hər kəsə öz gözəliyinin qayğısına qalmağa çağırdı. Seminar kilinakının təşkil etdiyi çay süfərsi ilə sonladı.
Goycay informasiya agentliyi NarTv-2019
Müəllif: jurnalist | 27-02-2019, 06:27
Oxunub: 1178
    
Reklam