» » Azərbaycanda martın 9-u qeyri-iş günüdür

Azərbaycanda martın 9-u qeyri-iş günüdür

Azərbaycanda martın 9-u qeyri-iş günüdür

8 Mart - Beynəlxalq Qadınlar günü ilə bağlı Azərbaycanda istirahət və iş gününün yeri dəyişdirilib.

APA-nın məlumatına görə, 8 Mart - Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.

Həmin gün bu il bazar gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilərək, 9 mart qeyri-iş günü elan edilib.

Beləliklə, 7 mart tarixi də şənbə gününə təsadüf etdiyi üçün, 3 gün ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Müəllif: Müxbir | 2-03-2015, 11:07
Oxunub: 390
    
Reklam