» » 86797 şagird bu gün məzun oldu

86797 şagird bu gün məzun oldu

86797 şagird bu gün məzun oldu

Təhsil Nazirliyi son zənglə bağlı məlumat yayıb.

Shirvantv.info ya nazirlikdən verilən məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.

Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq.

2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.

Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirmişdir.

Məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.
Müəllif: Müxbir | 1-06-2014, 15:37
Oxunub: 610
    
Reklam