» » Jurnalistlər bayramınız mübarək!

Jurnalistlər bayramınız mübarək!

Jurnalistlər bayramınız mübarək!

Jurnalistlər bayramınız mübarək!
Həsən Bəydən dərsimizi almışıq
Mətbuata meylimizi salmışıq
“Əkinç” iyə biz çox sadiq qalmışıq
Jurnalistlər bayramınız mübarək!

50 ildir mən bu yolla gedirəm,
Yaxşılara xoş sözümü deyirəm.
El, obada mən xoş üzlər görürəm
Jurnalistlər bayramınız mübarək!

Yayılıb ölkəmə Şirvanın səsi,
Ucalıb hər yana eşqi, nəfəsi,
Qalacaq tarixdə sözün nəğməsi
Jurnalistlər bayramınız mübarək!

Mətbuat yolunda çox şey görmüşəm,
Bu yolda sevincdə, qəm də yemişəm.
Qəzeti özümə həyat bilmişəm
Jurnalistlər bayramınız mübarək!

İllər ötdü mən 70-i adladım,
Peşəmin adına çox sadiq qaldım.
Şirvanda şah jurnalist adını aldım,
Jurnalistlər bayramınız mübarək!


Ə.Nağı, 1968-ci ildən mətbuat işçisi, "Şirvanın səsi", "Düzü-düz-əyrini-əyri" qəzetlərinin təsisçisi və baş redaktoru, "Rəhbər ömrü", "Yaxşılar yadda qalır", "Dünya yaxşılarındır" kitablarının müəllifi,Araz, H.B.Zərdab,Qızıl qələm media mükafatlarının sahibi, jurnalist-yazıçı, şair.
Müəllif: jurnalist | 20-07-2018, 18:40
Oxunub: 1446
    
Reklam