Şirvan şəhərində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar ümumşəhər tədbiri keçirildi.
YAP şəhər təşkilatının qərərgahında Şirvan şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar şəhər İcra Hakimiyyətinin, şura üzvlərinin, hüquq mühafizə orqanları rəhbərlərinin və şəhər ictimaiyyətinin iştirakı ilə faciə qurbanlarının xatirəsinə həsr olunmuş əbədi-bədii kompazisiya təşkil olundu, ümumşəhər anım mərasimi keçirildi. Şirvan şəhərində yaşayan Xocalı köçkünlərinə maddi yardımlar verildi.
