» » İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib

İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib

 İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib

 İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib

 İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib
 İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib
 İsmayıllıda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd edilib

İsmayıllıda rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunub. “Orman” istirahət mərkəzində keçirilən tədbirdə dövlət himni səsləndirilib.

Tədbirdə Əməkdar Müəllim Ramiz Baloğlanov ordumuzun şərəfli tarixi və müasir durumuna, ordu-xalq birliyinə dair məruzə ilə çıxış edib. Məruzədə, eləcə də rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlovun, Aprel döyüşləri qazisi Yaşar Ağayevin, “Azərbaycan bayrağı” ordenli ehtiyatda olan polkovnik-leytenant Eynulla Bağırovun, mərkəzi kitabxana sisteminin direktoru Könül Baxışovanın çıxışlarında Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi döyüş yolundan danışılıb.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən bir qədər sonra yaradılan milli ordu ölkənin işğalçı qüvvələrdən, xarici müdaxilələrdən müdafiəsinə cəlb olunub. Cümhuriyyətdən sonra Milli Ordu ləğv edilib.

Çıxışlarda vurğulanıb ki, sovet imperiyasının süqutundan sonra, tarixi düşmənlərimiz ermənilər xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqlarını işğal edəndə milli ordu yox idi. Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikanın siyasi rəhbərliyinə qayıdışından sonra ordu quruculuğuna başlanılıb. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu hər hansı təcavüzkara layiqli cavab vermək iqtidarındadır. Azərbaycanın güclü, ən müasir silah arsenalına malik ordusu var.

Bayram tədbirində şəhər 6 saylı tam orta məktəbin hərbi idman oyunlarında fərqlənən, hərbi vərdişlərə uğurla yiyələnən şagirdləri iştirak ediblər.

Mərasim Vətənə, orduya həsr olunan mahnı və marşlarla müşayiət olunub.
Müəllif: jurnalist | 27-06-2018, 20:08
Oxunub: 1189
    
Reklam