» » Bu gün Rusiyada futbol üzrə dünya çempionatı başlayır

Bu gün Rusiyada futbol üzrə dünya çempionatı başlayır

Bu gün Rusiyada futbol üzrə dünya çempionatı başlayır

Bu gün dördilliyin ən böyük futbol yarışı start götürəcək.


Rusiyada təşkil olunacaq DÇ-2018 elə meydan sahiblərinin oyunu ilə başlayacaq.



Oyundan əvvəl ilə mundialın rəsmi açılışı olacaq.



A qrupunda yarışacaq Şimal qonşularımız turnirə Səudiyyə Ərəbistanı ilə matçla start verəcəklər. Çerçesovun komandası asiyalılarla oyunu DÇ-yə uğurlu başlamaq üçün əla şans kimi qəbul edir. Meydan sahibi olduğu üçün seçmə mərhələdən azad olan ruslar bu müddətdə bir çox komandalar yoldaşlıq görüşləri keçirib. Rusiya millisinin hansı gücdə olmağı məhz bu oyundan sonra bəlli olacaq. Səudiyyə Ərəbistanı da mundiala yaxşı start vermək niyyətindədir. Bunun üçün ərəblər meydan sahiblərinin “siftə”sini korlamalı olacaqlar.



Dünya çempionatının ilk matçı olduğundan bütün diqqətlərin üzərində olduğu qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Oyunda ədaləti Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası qoruyacaq.



DÇ-2018



I tur



A qrupu



19:00. Rusiya – Səudiyyə Ərəbistanı



Baş hakim: Nestor Pitana (Braziliya)



Rusiya, Moskva. “Lujniki” stadionu
Müəllif: jurnalist | 14-06-2018, 08:20
Oxunub: 1207
    
Reklam