» » “Sabir poeziya günləri”: həm güldürən, həm də güldürərək düşündürən satira ustası

“Sabir poeziya günləri”: həm güldürən, həm də güldürərək düşündürən satira ustası

“Sabir poeziya günləri”: həm güldürən, həm də güldürərək düşündürən satira ustası

“Sabir poeziya günləri”: həm güldürən, həm də güldürərək düşündürən satira ustası

Artıq hər il ənənəyə çevrilən “Sabir poeziya günləri” çərçivəsində böyük sənətkar, satira ustası Mirzə Ələkbər Sabirin doğulub boya-başa çatdığı Şamaxı şəhərində geniş tədbir keçirilib.

Şairin doğum günündə təşkil olunan Sabir poeziya bayramında respublikamızın tanınan ziyalıları, yazıçılar, TÜRKSOY-un xətti ilə Türkiyədən gələn qonaqlar, eləcə də yüzlərlə sabirsevər iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.

Sonra Sabir işığına toplaşanlar Şamaxının cənubundakı “Yeddi günbəz” qəbiristanlığına gələrək ustad şairin qəbrini, habelə M.Ə.Sabirin müəllimi, böyük Azərbaycan şairi S.Ə.Şirvaninin “Şahxəndan” qəbiristanlığındakı qəbirüstü abidəsini ziyarət ediblər.

Tədbir Mədəniyyət Mərkəzində davam etdirilib. Şair Əjdər Ol tədbiri açaraq, bütün həyatı boyu xalqının ağrı-acısı ilə yaşayan Sabirin yaradıcılığından bəhs edib. Natiq Sabir poeziyasının ölməzliyini, bənzərsiz söz ustadının bir çox fikirlərinin hər zaman aktual olduğunu diqqətə çatdıraraq, onun yaradıcılığının Azərbaycan ədəbiyyatında mühüm yer tutduğunu vurğulayıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar, rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, AYB-nin katibi Rəşad Məcid, AYB-nin məsul əməkdaşı Xəyal Rza, türkiyəli qonaq Mehmet Nuri Parmaqsız və başqaları çıxış edərək güldürən, güldürə-güldürə də düşündürən satira ustası M.Ə.Sabirin yaradıcılığının məziyyətlərindən söz açıblar. Qeyd olunub ki, ölməz sənətkarın “Əkinçi”, “Oxutmuram, əl çəkin!” kimi dillər əzbəri olan onlarla satirik şeiri insanları maariflənməyə, çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizəyə səsləyirdi.

Tədbirdə qiraət ustası, Əməkdar Artist Ağalar Bayramov şairin şeirlərini səsləndirib. Aşıq Ağamurad Şirvanlının ifasında aşıq mahnıları, xanəndə Habil Şıxəliyevin ifasında isə muğam və xalq mahnıları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Müəllif: jurnalist | 31-05-2018, 18:32
Oxunub: 598
    
Reklam