» » Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ağdaşda bölgə vətəndaşları ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ağdaşda bölgə vətəndaşları ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ağdaşda bölgə vətəndaşları ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ağdaşda bölgə vətəndaşları ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 4-də Ağdaş şəhərində bölgə vətəndaşları ilə görüşüb.

Əvvəlcə nazir Ramin Quluzadə və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinləri iştirak edib.

Qəbulda vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətləri dinlənilib və əksər məsələlər yerində həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Müəllif: jurnalist | 4-05-2018, 19:22
Oxunub: 608
    
Reklam