» » Bu il Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək

Bu il Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək

 Bu il Ağsuda üç kənd məktəbi üçün modul tipli yeni binalar tikiləcək

Bu il Ağsuda Abbasxanlı kənd tam orta, Sanqalan və Sarvan ümumi orta məktəbləri üçün modul tipli yeni binalar tikiləcək.

Bu barədə "Şirvanın səsi" qəzeti AZƏRTAC-a istinadən müsahibəni Sizlərə təqdim edir. Bu barədə rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov məlumat verib.

Onun sözlərinə görə, ötən il respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsuda da yeni məktəb binaları tikilib, təhsil müəssisələrinin bir qismi əsaslı təmir edilib, onların maddi-texniki bazası mökəmləndirilib. Belə ki, 80 yerlik Göydəlləkli ümumi orta və 40 yerlik Hacman kənd ibtidai məktəbləri üçün yeni, hər cür şəraiti olan modul tipli binalar inşa olunub. Padar, Cəfərli kənd ümumi orta və Suraxanı kənd ibtidai məktəb binaları əsaslı, daha üç kənd məktəb binası isə cari təmir edilib.
Müəllif: jurnalist | 29-01-2018, 16:03
Oxunub: 223
    
Reklam