» » Bayram yarmarkasında məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılır

Bayram yarmarkasında məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılır

İsmayıllıdakı “Yaşıl Market” ticarət mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
Yarmarkaya N.V.Nikitin adına kolxoz, fermerlər, quşçuluq müəssisələri, kənd təsərrüfatı məhsulları istehsalçıları ət, süd və süd məhsulları, sitrus və müxtəlif meyvələr, tərəvəz, kartof, soğan və sair çıxarıblar.

Dekabrın 31-dək davam edəcək yarmarkada alıcılara məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz təklif olunur. Rayon sakinləri yarmarkanın təşkilindən razılıqlarını bildirirlər. Qiymətlərin münasib olduğunu deyən şəhər sakini Eldəniz Səlimov bildirib ki, alıcılara nəinki ucuz, həm də təmiz və keyfiyyətli məhsullar təklif edilir. “Yarmarkanın açılması, satılan məhsulların qiymətlərinin ucuz olması biz sakinlərin ürəyincədir. Buradan sərfəli qiymətə bazarlıq etmək mümkündür. Məhsulların keyfiyyəti də yaxşıdır”, - deyə E.Səlimov qeyd edib.
Müəllif: jurnalist | 28-12-2017, 18:57
Oxunub: 434
    
Reklam