» » Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçay, Ucar, Ağdaş rayonlarından, eləcə də Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçay, Ucar, Ağdaş rayonlarından, eləcə də Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçay, Ucar, Ağdaş rayonlarından, eləcə də Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq fevral ayının 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar, Ağdaş rayonlarından, eləcə də Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşların müraciətlərini dinlənilib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması və dövlət qeydiyyatına alınması ilə bağlı olub. M.Qurbanlı hər bir müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Müəllif: Müxbir | 25-02-2015, 16:48
Oxunub: 285
    
Reklam