» » Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Əməkdar Mədəniyyət İşçisi, Şirvan aşıq məktəbinin ustad davamçılarından Aşıq Yanvar Bədəlovun 75 yaşı tamam olub və bu münasibətlə doğulub boya-başa çatdığı İsmayıllıda Mədəniyyət və Turizm Nazirliyinin, Respublika Aşıqlar Birliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təntənəli mərasim keçirilib.

Yubiley mərasimində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı, professor Seyfəddin Qəniyev və başqaları çıxış edərək Aşıq Yanvarın sənət dünyasından söz açıblar. Azərbaycan aşıq sənətinin inkişafında, onun təbliğində, gənc aşıqların yetişməsində xüsusi xidmətlərindən danışan natiqlər Azərbaycan Aşıqlar Birliyinin üzvü olan bu el sənətkarının çoxsaylı qoşma, gəraylı, təcnis və ustadnamələrin müəllifi olduğunu qeyd ediblər. Vurğulanıb ki, şair təbiətli Aşıq Yanvar onlarca dastanın bilicisi, istedadlı ifaçısı idi.

Sonra səhnəyə aşığın sənət dostları çıxıblar. Aşıq Abbas Musaxanlının, Ağamurad İsrafilovun, Altay Məmmədlinin, Babək Şakirlinin, Nurlan İbrahimovun, Amil Dadaşovun, Hacı İbrahimovun, Əli Tapdıqoğlunun, Samirə Əliyevanın, müğənnilərdən Sahibə Abdullayevanın, Ağapaşa Xəlilovun, Qalib Güləliyevin ifaları mərasimə xüsusi təravət gətirib.
Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub
Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub
Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub
Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Qobustan rayonu, “Təklə” uşaq musiqi məktəbinin “Sazçı qrupu”nun üzvləri tərəfindən ifa edilən Aşıq Yanvarın “Olmusanmı İsmayıllıda” aşıq mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Aşıq Yanvarın yetirməsi olan Aşıq Elman Talıstanlının ifasında səsləndirilən “Şəşəngi” aşıq havası da dinləyicilərdə xoş ovqat yaradıb.

Sonda çıxış edən el sənətkarı ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Mədəniyyət və Turizm Nazirliyinə, Respublika Aşıqlar Birliyinə, rayon rəhbərliyinə, sənət dostlarına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.
Aşıq Yanvarın 75 illik yubileyi təntənəli mərasimlə qeyd olunub

Mərasimdə Aşıq Yanvara 75 illiyi münasibətilə hədiyyələr verilib, gənc aşıqlara isə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim olunub.
Müəllif: jurnalist | 29-11-2017, 17:51
Oxunub: 240
    
Reklam