» » “Xocalıya Ədalət” kitabının təqdimat mərasimi keçirildi

“Xocalıya Ədalət” kitabının təqdimat mərasimi keçirildi

“Xocalıya Ədalət” kitabının təqdimat mərasimi keçirildi

Mədəniyyət sarayında Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın “Xocalıya Ədalət” kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Xocalıya Ədalət” kitabının böyük əhəmiyyətindən danışdı və bildirdi ki, kitab zəngin fakt və sənədlərlə əhatələnmiş, tarixi həqiqətlərin önəmli bir toplusu kimi dünyanın 40-dan çox ölkəsində təbliğat kampaniyası çərçivəsində yayılmışdır. Bu kitab gənclərin vətənpərvərlik tərbiyəsində çox böyük rol oynayır.
Çıxış edənlər Leyla xanımın “Xocalıya Ədalət” kampaniyası çərçivəsində görülən işlərin əhəmiyyətini diqqətə çatdırdılar. Hələlik beynəlxalq təşkilatların, dünya ölkələrinin biganə qaldıqları Xocalı qətliamının türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu qeyd etdilər.
Kitab “Xocalıya Ədalət” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr edilmişdir. “Xocalıya Ədalət” kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür.
Müəllif: Müxbir | 24-02-2015, 10:32
Oxunub: 540
    
Reklam