» » Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Carlı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Carlı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Carlı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun rayonun Carlı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirilmişdir. Carlı kənd inzibati ərazi dairəsinə daxil olan Carlı və Quşlar kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elmdar Kərimov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışmış, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırmışdır.
Kənd sakinləri kənddə gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə Gənclər mərkəzinin, Poçt binasının, tibb məntəqəsinin tikilməsini və istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi barədə müraciət etmişlər.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra Başçısı Ceyhun Cəfərov kürdəmirlilərin həmişə Ulu Öndərimizin ideyalarına sadiq olduqlarını, ölkə rəhbəri cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəklədiklərini diqqətə çatdırmışdır.Rayon rəhbəri bildirmişdir ki,hazırda rayonumuzda da geniş tikinti,abadlıq-quruculuq işləri gedir. Respublikamızın digər guşələrində olduğu kimi Kürdəmir şəhəri,eləcə də rayonun bütün kənd və qəsəbələri də abad və səliqə-səhmanlı bir əraziyə çevriləcəkdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov yekunda rayonun Carlı kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.
Müəllif: Müxbir | 1-06-2014, 14:56
Oxunub: 334
    
Reklam